Icma.az
close
up
RU
Fransanın kanaklara qarşı zorakılığı: Məhbuslar zorla deportasiya olunurlar

Fransanın kanaklara qarşı zorakılığı: Məhbuslar zorla deportasiya olunurlar

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Kaledoniyanın müstəqillik hərəkatına qarşı çıxan Fransa bu istiqamətdə repressiv addımlarını davam etdirir. Bu ilin may ayında Yeni Kaledoniyanın Kanaki ilə Həmrəylik Kollektivi (fr. Collectif Solidarité Kanaky) Fransaya zorla deportasiya edilmiş kanak siyasi və digər məhbuslarının vəziyyəti ilə əlaqədar hesabat dərc edib. Kanaki ilə Həmrəylik Kollektivinin (KHK) hesabatı ötən ilin iyun ayından bu ilin may ayına qədər dövrü əhatə edir - siyasi və digər məhbusların qeydiyyatını aparmaq, vəziyyətini izləmək, onlara və onların ailə üzvlərinə müvafiq yardımın göstərilməsi sənəddə öz əksini tapıb.

Hesabatda Fransanın insan hüquq və azadlıqlarına qarşı repressiv münasibətindən bəhs edilib. Bəlli olduğu kimi, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil, Yerlərdə fəaliyyətin koordinasiyası Bölməsinin (CCAT) yeddi üzvü 2024-cü il 22 iyunda Fransaya deportasiya olunub. Kanakinin "Camp Est" həbsxanasında saxlanılan məhbuslar da Fransaya deportasiya olunublar.

Sənəddə bununla yanaşı, yerli kanak xalqına qarşı bütün sahələrdə irqçilikdən tutmuş sosial bərabərsizlik siyasəti aparılır. Məsələn, Kanakidə sistemləşdirilmiş irqçilik nəinki məktəblərdə, iş yerlərində (o cümlədən vəzifəyə təyinat zamanı), sosial yardımların alınmasında və nəqliyyatda öz əksini tapır, o, eyni zamanda həbsxanalarda da geniş şəkildə tətbiq edilir. Belə ki, Kanakidə həbsxanada saxlanılan şəxslərin 90%-i yerli kanaklardır, yerdə qalan 10%-i isə Okeaniya adalarından olan şəxslərdir.

Hesabatda qeyd olunur ki, Yeni Kaledoniyada müstəmləkəçiliyin ilk illərində katorqa kimi fəaliyyət göstərmiş, daha sonra isə həbsxanaya çevrilmiş "Camp Est"də saxlanma şəraiti dözülməzdir. 2024-cü ilin may ayında məhbusların sayı "Camp Est"in qəbul etmə potensialından 150% çox idi. İki nəfər üçün nəzərdə tutulan otaqlarda bir çox hallarda beş nəfər qalır, 180-ə yaxın şəxs heç bir şəraiti olmayan otaqlarda, yerdə qərarlaşıb.

Ötən ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra vəziyyət daha da pisləşib və məhbuslara qarşı repressiyalar çoxalıb - məhbusların qidalanmasına məhdudiyyətlər tətbiq olunmağa başlanıb, penitensiar xidmətin əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq edilir, işgəncələr törədilir və s. Zorakı aktlar nəticəsində bir nəfər vəfat edib. Qeyd olunmalıdır ki, hələ 2019-cu ildə Fransanın Azadlığı məhdudlaşdıran məkanlar üzrə baş nəzarətçisi "Camp Est"in təcili qaydada yenilənməsinə dair tövsiyə verib. 2020-ci ildə Fransanın İnzibati Məhkəməsi və Dövlət Şurası "Camp Est"də saxlanma şərtlərini pisləşdirib. 2024-cü ilin oktyabrında isə Numea İnzibati Məhkəməsi müvafiq yenilənmə işlərini aparmamasına görə Fransa dövlətinə qarşı qərar qəbul edib.

Fransa dövləti 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan yeddi şəxsi, habelə 69 kanak məhbusunu Fransaya deportasiya edib. Həmin deportasiya zamanları fransız rəsmi orqanları tərəfindən məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə heç bir məlumat verilməyib. Hətta uzun müddət Fransa tərəfi deportasiya edilmiş şəxslərin siyahısını belə təqdim etməyə imtina edirdi.

Deportasiya mənəvi və fiziki zorakılıqla müşayiət olunub. Belə ki, deportasiyaya "könüllü razılıq" sənədinə imza atmayan məhbuslar təhdid edilib, onlara güclü sakitləşdirici dərmanlar vurulub. Lakin hətta "razılıq" sənədindən imtina belə onları xilas etməyib, məhbuslar hər bir halda Fransaya deportasiya ediliblər. 20 saatdan çox davam edən hava vasitəsilə deportasiya zamanı məhbuslara hətta sanitar qovşağından istifadə etməyə icazə verilməyib. Kanak məhbuslarının Kanakidən Fransaya deportasiya edilməsi yeni bir məsələ deyil və hər il tətbiq edilmələri xüsusi vurğulanmalıdır. Kanak məhbuslarının deportasiyaları həm onların özlərinə, həm onların ailə üzvlərində ciddi psixoloji, fiziki, sosial, inzibati və maliyyə problemləri yaradır. Belə ki, aylarla öz yaxınları ilə ünsiyyət qura bilməyən bir çox məhbuslarda psixoloji problemlər müşahidə olunur. Bu problemləri mürəkkəbləşdirən amillərdən biri də "Camp Est" yaşanmış zorakılıqdır.

Psixoloji problemlərlə yanaşı, bir çox məhbuslar bəsit əşyaların (məsələn, döşək) olmaması, qida almaq üçün pulun olmaması səbəbindən fiziki sağlamlıqlarında da ciddi problemlərlə üzləşirlər.

Hesabatda, həmçinin qeyd olunur ki, Fransa tərəfi kanak məhbusları zorla deportasiya edərək, beynəlxalq hüququ pozur. Belə ki, beynəlxalq hüquqa görə, Kanaki Fransanın ərazisi deyil və dekolonizasiya edilməli olan ərazilər siyahısındadır. Beləliklə, Fransa kanakları deportasiya edəndə faktiki olaraq onları öz ölkələrindən - yani Kanakidən xarici ölkə olan Fransaya deportasiya edir.

Göründüyü kimi, baş verənlər Fransanın Yeni Kaledoniyadakı hadisələrə necə həssas və qorxu ilə yanaşdığının göstəricisidir. Məsələ ondadır ki, Fransa hər vəchlə keçmiş müstəmləkələrində nəyin bahasına olursa-olsun qalmağa çalışır.

Xatırladaq ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb. Fransanın bu Sakit Okeandakı dənizaşırı ərazisində baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirmişdi ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritməyə məcbur olmuşdu. Rəsmi Parisin qorxu və həyəcanı o həddə çatmışdı ki, Yeni Kaledoniyada "TikTok" sosial şəbəkəsinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Bu da növbəti narazılığa gətirib çıxarmışdı.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see144

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see142

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see135

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see127

90 cı illərin məşhur qrupu bu şəxsə görə dağılıb Çelik ŞOK ADI açıqladı

04 Oktyabr 2025 21:34see125

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see125

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see124

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see124

III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb YENİLƏNİB 7

04 Oktyabr 2025 18:50see124

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see123

Azərbaycanın 5 güləşçisi medal qazanıb YENİLƏNİB 2

04 Oktyabr 2025 18:53see122

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see122

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see122

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see121

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see121

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see119

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri