Icma.az
close
up
RU
Fransanın kəşfiyyat orqanları gözlənilən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq yayıb

Fransanın kəşfiyyat orqanları gözlənilən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq yayıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fransada sentyabrın 10-na planlaşdırılan “Hər şeyi bloklayaq” adlı genişmiqyaslı vətəndaş təşəbbüsü bu ölkənin kəşfiyyat orqanlarının ciddi narahatlığına səbəb olub. Fransa mətbuatında yayımlanan altı səhifəlik kəşfiyyat sənədində iqtisadiyyatın strateji sahələrinə qarşı mümkün zorakı hərəkətlər və sabotaj aktları ilə bağlı xəbərdarlıqlar yer alıb.

AZƏRTAC xəbər verir ki, Paris polis prefekturasının kəşfiyyat idarəsi və ərazi kəşfiyyat xidməti tərəfindən hazırlanan bu sənəddə sentyabrın 1-də artıq sosial şəbəkələrdə və şifrələnmiş qruplarda ciddi fəallığın müşahidə olunduğu qeyd edilib. Bildirilib ki, bu fəallıq artıq real fəaliyyətlərə çevrilməkdədir. Müxtəlif bölgələrdə hazırlıq toplantıları olub və sentyabrın 10-da keçiriləcək aksiyanın “Sarı jiletlilər” hərəkatının davamı kimi daha geniş yayılması ehtimalı yüksəkdir.

Kəşfiyyat orqanlarının məlumatına əsasən, təxminən 100 min insanın ölkə üzrə aksiyalara qatılması ehtimal edilir. Onların arasında solçu siyasi fəallar, sosial birliklər, həmkarlar ittifaqları və fələstinpərəst humanitar qruplar yer alır. Planlaşdırılan fəaliyyətlər arasında nəqliyyat və sənaye mərkəzlərinin bloklanması, hökumət binalarının qarşısında mitinqlər, strateji infrastruktura qarşı sabotaj aktları ola bilər. Aksiyaçıların əsas hədəfinin isə iqtisadi strukturların olacağı diqqətə çatdırılıb.

Sentyabrın 10-dan sonra isə ayın 18-də həmkarlar ittifaqları təşkilatlarının aksiyası nəzərdə tutulub. Artıq bununla bağlı tətil çağırışları yayılıb. Kəşfiyyat xidmətləri bu aksiyanın “partlayıcı potensiala” malik olduğunu bildirib və bu dəfə əlavə xəbərdarlıq sənədinə ehtiyac olmadığını vurğulayıb.

Kəşfiyyat sənədində göstərilib ki, Fransa hökuməti və hüquq-mühafizə orqanları bu çağırışlara qarşı hazırlıqlı olmalı, ictimai asayişin pozulmasının qarşısını almaq üçün tədbirlər görməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see295

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see194

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see123

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see123

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see117

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri