Fransanın milli poçt sistemi kiberhücuma məruz qalıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Fransanın milli poçt xidməti “La Poste” və onun bankçılıq xidməti kiberhücuma məruz qalıb.
APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, bu, ilin ən gərgin dövründə poçt çatdırılmasında ciddi pozuntulara və onlayn ödənişlərin həyata keçirilməsində çətinliklərə səbəb olub.
Şirkətdən bildiriblər ki, hücum nəticəsində “onlayn xidmətləri əlçatmaz olub”.
Qeyd edilib ki, müştəri məlumatları təhlükəsizdir, lakin poçt və paketlərin çatdırılması gecikib.
Bildirilir ki, poçt xidməti Milad öncəsi 2 milyondan çox paketi sortlayır və çatdırır.
Qeyd edək ki, bu hadisə Fransanın Daxili İşlər Nazirliyinin kiberhücumla hədəf alınmasından yalnız bir həftə sonra baş verib. O zaman oğurlanan gizli polis məlumatları ilə bağlı bir şübhəli haker həbs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 23 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















