Icma.az
close
up
RU
Fransanın “qətnamə oyunu”: Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir

Fransanın “qətnamə oyunu”: Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Asim Mollazadə: Erməni diasporasının istəkləri bu yollarla Fransa hökumətinə sırınır


İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən “Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan Artsax siyasi məhbuslarının azad edilməsinə tələb etmək məqsədini daşıyan” Avropa Qətnaməsi təşəbbüsünü irəli sürüblər.  

Qətnamədə Azərbaycan tərəfindən saxlanılan “siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər” üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür. Bundan əlavə, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın Artsaxda və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu vurğulanır. Həmçinin, Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi bildirilir. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevə qarşı nifrət halına çevrilmiş paxıllığını cilovlaya bilməyən Emmanuel Makron, balaca paxıl uşaqlar kimi güclü, qüdrətli və qalib siyasi lider, xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevə nəticəsiz “pisliklər” etməyə çalışır. Unutmaq olmaz ki, Yeni Kaledoniyada Azərbaycan bayraqları dalğalanır. İndi Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycana müqəddəs “Məkkə”, “Vatikan” kimi baxırlar və dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərməkdə davam edəcək, işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləyəcək.


Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a bildirib ki, Fransada həyata keçirilən siyasətin arxasında zəngin və təşkilatlanmış erməni diasporası dayanır:


"Onlar korrupsiyaya bulaşmış bir sıra Fransa siyasətçilərini öz təsiri altında saxlayırlar. Diasporanın məqsədi aydındır: onlar təşviş içindədirlər. Qorxurlar ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq bərqərar olarsa, Azərbaycan-Ermənistan, eləcə də Ankara-İrəvan münasibətləri normallaşarsa,  “soyqırımı” planları və bu bəhanə ilə maliyyə toplamaq imkanları puç olacaq. Buna görə də Fransa Ermənistandakı revanşist əhval-ruhiyyəni gücləndirmək, ölkəni yenidən müharibəyə sürükləmək istəyir. Bu siyasətçilərin əsas məqsədi Cənubi Qafqazda yeni münaqişələrin yaradılması və Ermənistanın daha da dərin problemlərlə üz-üzə qalmasıdır. Guya “soyqırımı” iddialarının davam etdirilməsi onların xəstə təfəkküründə həm mənəvi, həm də maddi qazanc mənbəyidir. Fransada korrupsiyaya bulaşmış siyasətçilərin, xüsusilə də seçki dövrlərində bu cür təsirlərə daha çox meyilli olması faktdır. Erməni diasporasının istəkləri bu yollarla Fransa hökumətinə sırınır".



Deputat vurğulayıb ki, Yeni Kaledoniyada məsələsi isə bunun bir başqa təzahürüdür:

"Azərbaycan bu məsələdə yalnız Yeni Kaledoniya ilə məhdudlaşmır. Məqsəd ümumilikdə imperialist siyasətlərə son qoymaq və müstəmləkə xalqlarının azad yaşamaq hüququnu dəstəkləməkdir. Azərbaycan Prezidenti İlham Əliyev bunu bir çox beynəlxalq tribunalarda, forumlarda və Qoşulmama Hərəkatının platformasında açıq şəkildə bəyan edib. Məqsəd sadədir: imperializmə son qoyulmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri