Icma.az
close
up
RU
Fransanın sabiq Baş naziri: Emmanuel Makron israr edir və dövlət institutlarımızın fəaliyyətini təhlükəyə atır

Fransanın sabiq Baş naziri: Emmanuel Makron israr edir və dövlət institutlarımızın fəaliyyətini təhlükəyə atır

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 16 sentyabr, AZƏRTAC

Fransanın sabiq Baş naziri və "Humanist Fransa" hərəkatının qurucusu Dominik dö Villpən, Prezident Emmanuel Makronu ölkədəki demokratik sistemin əsaslarını görməməkdə və xalqın səsini qulaq ardına vurmaqda ittiham edib.

AZƏRTAC xəbər verir ki, D. Dö Villpən bu məlumatı “franceinfo” radiosuna müsahibəsində deyib.

“Bu artıq beşinci dəfədir ki, Emmanuel Makron Fransa siyasi mənzərəsinin reallığını bir qələmlə silib atır”,-deyə o, diqqətə çatdırıb.

O, Makronun Avropa Parlamentinə seçkilərdən, yerli qanunverici seçkilərdən və bir neçə siyasi şəxsiyyətin – Mişel Barnye, Fransua Bayru və indi də Sebastyən Lökornü – təyinatından sonra xalqın mesajını nəzərə almadığını vurğulayıb.

Mərkəz-sağçı siyasi spektrinə mənsub olan Villpən bildirib ki, Makron xalqın iradəsinə uyğun baş nazir təyin etməli idi.

“O, ilk növbədə solçulardan başlamaqla, lazım gələrsə, mərkəzə və onun da o tərəfinə keçərək xalqın səsini nəzərə almalı idi. Amma o, bunun əksini edib. Bu isə göstərir ki, demokratik sistemimizin necə işlədiyini hələ də anlamayıb”,-deyə Villpən Makronu “inadkar”, “öz səhvini qəbul etməyən” və “siyasətini dəyişmək istəməyən” bir lider kimi xarakterizə edib.

Sabiq baş nazirin fikrincə, 2024-cü ilin parlament seçkiləri xalqın dəyişiklik istədiyini açıq göstərib. “Heç kim bu seçkilərdən sonra “bəli, davam edin, hər şey çox gözəldir” deməyib. Amma Makron yenə də öz bildiyini edir. Fransız xalqının səsini dinləmir. Bu isə demokratiyanı təhlükəyə atmaq deməkdir”,-deyə Villpən mövcud vəziyyəti analiz edib. O, sosial ədalət məsələsində hökuməti ciddi addımlar atmağa çağırıb. “Ən varlılara vergi tətbiqi artıq zərurətdir. 2017-ci ildən bəri Fransanın ən zəngin 500 ailəsi sərvətlərini altı dəfə artırıb. Bu insanlar istehsal vasitələrini dağıtmadan, ağıllı şəkildə, dövlətin ehtiyacları üçün töhfə verməlidir”,-deyə o, Lökornüdə potensial olduğunu, ancaq problemin Makronda olduğunu deyib.

O, Lökornünün prezidentə kor-koranə itaət etməməli olduğunu bildirib. “Fransız xalqı qarşısında vəzifəsi var. Əgər bunu bacarsa, Fransa demokratiyası güclənəcək”,-deyə Villpən bu çıxışı ilə eyni zamanda 2027-ci il üçün siyasi ambisiyalarının olduğunu da dolayı yolla göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see242

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see188

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see178

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see172

Payız turizmi üçün ən yaxşı şəhərlərin adları açıqlanıb...

31 Oktyabr 2025 21:06see159

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see142

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see135

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see133

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see131

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see130

Karib dənizində güclü qasırğa Melissa iki ölkədə 68 nəfərin canını aldı, itkin düşənlər var

31 Oktyabr 2025 15:27see129

Livan İsraillə müharibəni dayandırmağa hazır olduğunu açıqladı

31 Oktyabr 2025 16:15see129

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see126

Ağ Evin Halloueen bayramı: McDonald s uşaq restoranı interneti sevindirir…

31 Oktyabr 2025 21:35see126

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see126

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see124

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see122

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see121

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see120

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri