Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Fransanın və digər antiAzərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması vaxt itkisindən başqa bir iş deyil DEPUTAT

Fransanın və digər antiAzərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması vaxt itkisindən başqa bir iş deyil DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması vaxt itkisindən başqa bir iş deyil" - DEPUTAT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə Başçısı bu müsahibələrdə hər zaman Azərbaycanın dünyada artan nüfuzunu, gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla çatdırır. Prezident İlham Əliyevin beynəlxalq media agentliklərinə verdiyi müsahibələri reallıqları dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi rol oynayır. Ölkə Başçısı bu dəfə Rossiya Seqodniya Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kselyova müsahibə vermişdir. O, müsahibəsində regionda baş verən siyasi proseslərə, Ermənistanla münasibətlərə, ölkəmizin məruz qaldığı ikili standartlara xüsusilə diqqət çəkib, bir çox mühüm məsələlərə aydınlıq gətirib. Prezidentin bu müsahibəsi həm də dünyaya bir mesaj idi. Bu müsahibə Azərbaycanın əldə etdiyi bütün nailiyyətləri, Qafqazda iqtisadi, siyasi, hərbi və digər proseslərdə söz sahibi olduğumuzu təsdiq edən müsahibə idi".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, cənab Prezidentin proqram xarakterli müsahibəsi Azərbaycanın xarici siyasəti üçün bir yol xəritəsidir:

"Ölkə Başçısı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətləri barədə daxili və xarici auditoriyaya ətraflı, geniş məlumat verib. İlk öncə cənab Prezident Azərbaycan-Rusiya münasibətləri barədə mühüm fikirlər səsləndirib. O qeyd edib ki, Azərbaycan və Rusiya iki etibarlı tərəfdaşdır. Bu baxımdan qeyd etmək lazımdır ki, iki ölkə arasında 2022-ci ilin fevral ayının 22-də imzalanmış Bəyannamə olduqca mühüm əhəmiyyət kəsb edir. Bu bəyannamə iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən etməklə yanaşı, gələcək perspektivlər baxımından mühüm sənəddir. Bu haqda ölkə Başçısı deyib: "Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb. Regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir. Əlbəttə ki, biz müttəfiqlər olaraq dərhal müxtəlif, hətta ikitərəfli formatımızın hansısa kölgədə qalan istiqamətləri üzrə də fəal işə başladıq".

Tamam Cəfərova qeyd edib ki, müsahibədə Rusiya-Azərbaycan münasibətləri ilə yanaşı Azərbaycanın xarici siyasətinin əsas məqamlarına aydınlıq gətirmişdir:

"Cənab Prezident İlham Əliyev Türkiyənin Azərbaycan hərbi bazasının yerləşdirilməsi barədə yayılan xəbərlərə də birdəfəlik aydınlıq gətirib. Ölkə Başçısı konkret olaraq bildirib ki, Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur və buna ehtiyac da yoxdur. Ona görə ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsində təhlükə yaxud təcavüz zamanı qarşılıqlı hərbi yardımı müəyyən edən bənd var. Bu həm Türkiyənin, həm də Azərbaycanın öhdəliyidir. Bununla yanaşı, Azərbaycan 1992-ci ildən bəri Türkiyə ilə davamlı birgə hərbi təlimlər keçirir. Azərbaycan ordusunun müasirləşdirilməsində Türkiyənin təcrübəsindən geniş istifadə olunur. Bir məqamı da xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan yeganə ölkədir ki, NATO üzvü olan Türkiyə ilə yanaşı Rusiya ilə qarşılıqlı əməkdaşlıq edir. Bu isə Azərbaycanın beynəlxalq siyasi arenada müstəqil aktor kimi fəaliyyət göstərdiyinin əyani sübutdur".

Millət vəkili qeyd edib ki, müsahibə zamanı dövlət başçısı həm Ermənistan, həm də ona havadarlıq edən beynəlxalq güclərə, ən əsası Fransa, Hindistan və Birləşmiş Ştatlara ismarıcları ilə xüsusi diqqət çəkib:

"Cənab Prezident Ermənistanın silahlanmasının region üçün təhlükə kəsb etdiyini bildirməklə yanaşı, eyni zamanda Azərbaycanın da buna qarşı lazımı adekvat addımlar atdığını diqqətə çatdırıbQeyd olunub ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən lokal antiterror tədbirlərindən sonra qeyd etdiyimiz ölkələr Ermənistanı öldürücü silahlarla təmin edir. Azərbaycan bütün bunları diqqətlə izləyir və lazımi tədbirləri görür. Beləki, ermənipərəst dairələr Ermənistanı nə qədər silahlandırsa da, Ermənistan Azərbaycanla rəqabət apara bilməz. Cənab Prezident bu barədə deyib: "2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq.Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək".

Tamam Cəfərova vurğulayıb ki, Fransa bilməlidir ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır:

"Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 20 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri