Icma.az
close
up
RU
Fransanın xeyriyyə assosiasiyası: Ölkədə əhalinin 15 faizi yoxsulluq şəraitində yaşayır

Fransanın xeyriyyə assosiasiyası: Ölkədə əhalinin 15 faizi yoxsulluq şəraitində yaşayır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 20 noyabr, AZƏRTAC

“Restos du cœur” xeyriyyə assosiasiyası Fransada yoxsulluğun rekord səviyyəyə çatdığı barədə xəbərdarlıq edib. Əhalinin 15 %-i yoxsulluq şəraitində yaşayır.

AZƏRTAC xəbər verir ki, “Restos du cœur” xeyriyyə Assosiasiyasının sözçüsü İv Meriyon noyabrın 18-də “Franceinfo”ya açıqlamasında ölkədə yoxsulluq göstəricilərinin indiyə qədər görünməmiş səviyyəyə yüksəldiyini bildirib. Onun sözlərinə görə, hazırda fransızların 15 %-dən çoxu yoxsulluq həddinin altında yaşayır. Bu isə ölkə üçün tarixi rekorddur. On iki ildir könüllü kimi fəaliyyət göstərən Meriyon artan yoxsulluğu bir-birini izləyən böhranların nəticəsi kimi dəyərləndirir. O qeyd edir ki, xüsusilə Ukrayna müharibəsindən sonra inflyasiyanın kəskin yüksəlişi bir çox ailələrin büdcəsini çökdürüb.“Gördüyümüz ailələrin 42 %-i kirayə və kommunal xərcləri ödədikdən sonra ayın sonuna qədər xərcləməyə bircə avroları belə qalmır”, – deyə Meriyon bildirib. Bu, təşkilatın qış ərzaq yardımı kampaniyasına başladığı bir dövrdə baş verir və artan müraciətlərə cavab vermək üçün “Restos du cœur” yardım meyarlarını sərtləşdirməyə məcbur olub. Artıq yardım üçün uyğunluq ailələrin qaçılmaz xərclərini ödədikdən sonra əlində qalan məbləğə, yəni qalıcı gəlir səviyyəsinə əsasən müəyyən edilir.

Təşkilatın müşahidələrinə görə, yardım alanların profili də dəyişir və getdikcə cavanlaşır. “Yardım etdiyimiz insanların yarısı 25 yaşdan aşağıdır”, – deyə Meriyon qeyd edir. Bu qrupun daxilində təqaüdsüz və maddi çətinlik çəkən tələbələr, ailələri ilə birlikdə gələn uşaqlar, az gəlirli gənc işçilər yer alır. Onların çoxu qeyri-sabit məşğulluq, güvənsiz yaşayış şəraiti və sosial təcrid kimi problemləri eyni anda yaşayır. Xüsusilə təkvalideynli ailələr – əsasən təkbaşına uşaqlarını böyütməyə çalışan analar – daha çox risk altındadır. Bəzi analar uşaqlarını doyurmaq üçün özləri yeməksiz qalmaq məcburiyyətində qaldıqlarını etiraf edirlər.

Meriyon bildirir ki, yoxsulluq yalnız böyük şəhərlər üçün xarakterik deyil. Regionlar arasında fərqlər olsa da, həm şəhər, həm də kənd yerlərində yardım alanların əksəriyyəti eyni problemlərlə – işsizlik, yaşayış çətinliyi və sosial hüquqlara çıxışın məhdudluğu ilə üzləşir. O, bunu çoxqatlı qeyri-sabitlik adlandırır.

“Restos du cœur” bu gün Fransanın ən zəif durumda olan vətəndaşları üçün dəstəyə çevrilib. Meriyon cəmiyyətin bu vəziyyətə uzunmüddətli həll tapa bilməməsini ictimai uğursuzluq kimi qiymətləndirir. Lakin o, buna baxmayaraq, insanlıq adına bir ümid işığı gördüyünü bildirir. Bu xəbərdarlıq ölkədə sosial narazılığın artdığı və getdikcə daha çox insanın əsas ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyi bir vaxtda səslənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri