Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi davam etdirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryanın məhkəməsi davam etdirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.


APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan məhkəmədən söz istəyib. Məhkəmə təqsirləndirilən şəxsin istəyini təmin edib.

Təqsirləndirilən Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib: “Mənim görüşlərim gizli olmayıb. Normal görüşlərimiz olub. Görüşdüyümüz məkanlar da açıq şəkildə olub. Həmin görüşlər gizli olsaydı, məkanlar da açıq şəkildə olmazdı”.
Daha sonra təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Məlum olub ki, Azad Məmmədli bakalavr təhsilini Rusiyada, magistr təhsilini Fransada alıb. İşləmək üçün Türkiyəyə gəlsə də, iş tapmadığı üçün ölkəyə qayıdıb. Daha sonra Moskvada təcrübəçi kimi iki ay hüquqşünas kimi şirkətlərin birində çalışıb. Sonra Fransada İT şirkətində müqavilələr üzrə mütəxəssis vəzifəsində çalışsa da, burada əməkdaşlığı uzun sürməyib və o, ölkəyə qayıdaraq banklardan birinin Hüquq departamentində hüquqşunas vəzifəsində çalışıb. Onun bankla əməkdaşlığı uzunmüddətli olmayıb və o, xarici ölkələrə gedərək orada çalışıb.
Azad Məmmədli ifadəsində qeyd edib ki, fransız dilini təkmilləşdirmək üçün “28 May” metrosunun yanında yerləşən kursa gedib: “Bir müddət sonra həmin kursda fransız dilini mənə tədris edən Z.M.-lə dostlaşdıq. Sonra bulvarda gəzərkən Z.M.-lə rastlaşdım. Həmin görüş zamanı Z.M. Martin Ryanla məni tanış etdi və mənim onun tələbəsi olduğumu Martinə dedi. Tanışlıqdan sonra kafedə görüşdük. Azərbaycanda və Fransada iş tapılması məsələlərindən danışdıq. Bir müddət sonra Martin mənə zəng edərək öz evində baş tutan qonaqlığa dəvət etdi. Həmin qonaqlıq zamanı mən Frederik Devosla tanış oldum. Həmin tanışlıq nəticəsində mənim Frederik Devosla görüşüm baş tutub. Frederik Devos mənim Rusiyada aldığım təhsillə, siyasi analiz qabiliyyətimlə maraqlanırdı. Devos məndən Rusiya ilə bağlı analizlərimi yazmağımı istədi. Lakin mən bundan imtina etdim. Sonra Frederik Qırğızıstanda baş tutacaq Avrasiya İqtisadi Forumu haqqında suallar verdi. Sonra o məndən yazılı məlumatlar istəsə də, mən yazılı məlumat verməyəcəyimi, bunu məndən bir daha istəməməsini tələb etdim. Yanlız görüş zamanı təhlillər aparacağımı ona dedim. Növbəti görüşdə Devos mənimlə Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətləri, casus şəbəkələri, “Hüseynçilər” qruplaşması barədə söhbət edib”.
Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinə görə, o, Loran Qrardla tədbirdə tanış olub:
“Onunla tanış olduqdan sonra məndən keçirilən bütün tədbirlərdə iştirak etməyimi istədi. Bir müddət sonra mən onunla görüşdüm. Görüş zamanı masa üzərində olan qələmi götürməyimi, həmin qələmdə olan elektron poçt ünvanına yazmağımı istədi. Lakin mən qələmi götürmədim və ona yazılı məlumat verməyəcəyimi bildirdim. Sonra o məndən “Siqnal” tətbiqini yükləməyimi istədi. Yüklədim və bir müddət həmin tətbiqlə əlaqə saxladıq. Sonra görüş təyin etdik. Loranla növbəti görüşüm zamanı o mənə kitab hədiyyə etdi. Həmin kitabın səhifələrinin arasında zərf var idi. Zərfdə elektron poçt ünvanı qeyd edilmişdi. O mənə fikrimi dəyişəcəyim halda həmin poçta yazmağımı istədi. Lakin mən bunu qəti şəkildə rədd etdim".
Azad Məmmədli ifadəsində bildirib ki, Loran Lödi ilə Fransa səfirliyinin təşkil etdiyi tədbirdə tanış olub: “Tədbirdə söhbət etsək də, o mənə çalışdığı yer barədə məlumat vermədi”.

Məhkəmə 1 oktyabrda Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadənin ardının elan olunması ilə davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri