Icma.az
close
up
RU
Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib

Fransaya casusluqda ittiham edilən Martin Ryanın növbəti məhkəməsi keçirilib

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilərək həbs olunmuş Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan bildirib ki, burada məxfi əməkdaşlıq, məxfi görüşlərdən danışılır:

"Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim gizli görüşlərimiz zamanı Frederik Devos, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları olub. O, cümlədən Azad Məmmədli də həmin görüşlərdə iştirak edib".

Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.

Daha sonra prosesdə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib.

Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb:

"Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar. Frederik Davos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər, tələbə yoldaşları barədə məlumat istəyib. Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Frederik Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib".

Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.

Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Loran Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib.

Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.

Daha sonra Martin Ryan ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bu qurumun adı altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakterli olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".

Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla "votsap" proqramı vasitəsilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loran Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb".

Təqsirləndirilən şəxs bildirib ki, jurnalist ona bir azərbaycanlı jurnalist müraciət edib və suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı video müsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibənin təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim".

Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli, həmçinin Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.

Həmin danışıqlardan biri Martin Ryan ilə Azad Məmmədli arasında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.

Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri elan edilib.

Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.

Proses sentyabrın 8-də davam edəcək.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri