Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Fransaya daha bir zərbə...

Fransaya daha bir zərbə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Belçikanın ardınca, Peru da bu ölkənin “Rafale” hərbi qırıcısını almaqdan imtina edib

Son illər Fransada bir çox sahələrdə geriləmə müşahidə olunur. İqtisadiyyatda, o cümlədən digər sahələrdə  geriləmələr hökumətin səriştəsizliyi ilə izah olunur. Bu reallığı beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir. Məsələn, “Standard & Poor’s” reytinq agentliyi ötənilki hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb.

Fransada tənəzzül bütün sahələri əhatə edir

Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir. Sadəcə, hökumət üçün bunun izahını vermək çətindir. Belə ki, Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı (Aİ) məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. O bu amildən istifadə etməklə Fransanın Aİ-nin əsas drayver qüvvəsi olduğunu əsaslandırmağa və əlavə imtiyazlar qazanmağa çalışır. Reallıq isə onun pafoslu iddialarının əksini deyir. Statistik göstəricilər isə Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. Buna görə də  “Standard & Poor’s” reytinq agentliyinin son hesabatından xeyli müddət əvvəl hökumətdəki mənbələr iqtisadi tənəzzül meyllərinin anonsunu edirdilər. Belə xəbərlər bir növ nəbz yoxlamaq və müəyyən ictimai rəy formalaşdırmaq məqsədi daşıyırdı.

Bir çox sahələri əhatə edən tənəzzül fonunda Fransada neçə illərdir ki, davamlı olaraq etiraz aksiyaları,  tətillər keçirilir. Hətta fermerlər də hökumətin apardığı siyasətə kəskin etirazlarını bildirirlər. Hökumətin göstərişləri əsasında reallaşdırılan “islahatlar” əslində fermerlər üçün ciddi maneələr yaradır və onların gəlir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir qədər bundan əvvəl fermerlərin əyalətlərdə yerli idarəetmə orqanlarının qarşısında təşkil etdikləri “peyin inqilabı” bütün dünyada Fransanın imicinə ciddi zərbə oldu.

Hərbi sənaye də geriləyir

Rəsmi Paris üçün daha bir zərbə ölkənin hərbi sənayesinin tənəzzülüdür. Belə ki, son vaxtlar Fransanın “Rafale” hərbi qırıcısı nüfuzunu itirməkdədir. Peru hökuməti də “Rafale”dan yan keçərək, İsveç istehsalçısı “Saab”ın “Gripen” döyüş təyyarələrinə üstünlük verib. Peru hökuməti İsveç istehsalçısı “Saab”dan 3,5 milyard dollara 24 “Gripen” təyyarəsi almağa hazırlaşır. Bu barədə “Peru21” xəbər saytı məlumat yayıb. Bu, Fransa “Rafale”ı üçün pis xəbər və böyük zərbədir.

Peru hökumətinin “Saab Gripen”lə bağlı seçimi xərc məsələsi ilə izah olunub. İsveç, həmçinin Peruya birbaşa və dolayı sərmayələr, eyni zamanda, texniki xidmət və hissələrin istehsalına dəstək daxil olmaqla, xüsusilə əhəmiyyətli texnologiya transferi proqramını vəd edib.

Belçika da ABŞ-ın F-35 qırıcılarına üstünlük verib. Belçika bir milyard avroya 11 ədəd yeni F-35 qırıcısı aldığını elan edib. Fransa Belçikaya öz “Rafale”ni satmağa çalışırdı. Lakin Belçika müdafiə nazirinin sözlərinə görə, F-35 “Rafale” da daxil olmaqla, digər rəqiblərini üstələyir. Bütün bunlar isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü, o cümlədən NATO təmsilçisi olan Fransanın imicinə böyük zərbədir.

Fransa hökuməti sosial ödənişlərin indeksləşdirilməsindən imtina edir

Fransada tənəzzül təkcə bu sahə ilə məhdudlaşmır. Belə ki, hökumət büdcəyə qənaət etmək üçün 2026-cı ildə pensiya və ailə müavinətləri də daxil olmaqla sosial ödənişlərin inflyasiyaya görə indeksləşdirilməsindən imtina etməyi planlaşdırır. Bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb. Gələn həftə Fransanın Baş naziri Fransua Bayru ölkənin 2026-cı il büdcə layihəsini təqdim edəcək. Onun ÜDM-in 4,6 faizi səviyyəsində kəsiri qarşılamaq üçün büdcəyə əhəmiyyətli qənaət tədbirlərini əhatə edəcəyi gözlənilir.

Tədbir dövlət xərclərini azaltmaq üçün qiymətlərin artmasına baxmayaraq, sosial ödənişlərin 2025-ci il səviyyəsində saxlanlımasını nəzərdə tutur. Söhbət pensiyalar, ailə və minimum sosial müavinətlər, mənzil yardımı və digər ödənişlərdən gedir. Radiostansiya qeyd edir ki, hökumət ödənişlərin indeksləşdirilməsindən tam və ya qismən imtina edəcəyi barədə hələ ki qərar verməyib. Amma bu addım büdcəyə 5,7 milyard avroya qədər gəlir gətirə bilər.

Sosial Təminatın Maliyyələşdirilməsi üzrə Ali Şuranın məlumatına görə, mövcud dörd ƏDV dərəcəsinin (baza 20 faiz və azaldılmış 10 faiz, 5,5 faiz və 2,1 faiz) hər birinin 1 faiz artırılması büdcəyə ildə 13 milyard avro qazandıracaq.

Nazirlər Kabineti, həmçinin təqaüdçülər, aliment və əlillik müavinətləri alan vətəndaşlar üçün 10 faizlik vergi endiriminin ləğvi barədə qərar qəbul edə bilər ki, bu da Fransa Auditorlar Məhkəməsinin hesablamalarına görə, büdcəyə 5 milyard avro qazandıracaq. Bu “qazanc” isə sosial müdafiə tədbirlərinin dayandırılması hesabına baş verəcək.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyul 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see705

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see673

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see671

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see513

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see478

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see464

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see410

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see361

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see354

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see353

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see345

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see342

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see336

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see333

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see330

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see325

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see324

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see316

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see303
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri