Fransina Armenqolun Azərbaycana səfəri parlamentlərarası əlaqələrin inkişafına verdiyimiz əhəmiyyətin göstəricisidir Sahibə Qafarova
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Ötən ilin may ayında mən xanım Armenqolun dəvəti ilə İspaniyaya rəsmi səfər etmişdim. Bu səfər Milli Məclis sədrinin İspaniyaya ilk rəsmi səfəri idi. Bu gün isə İspaniya Deputatlar Konqresinin sədri mənim səfərimdən nisbətən qısa müddət keçməsinə baxmayaraq, öz nümayəndə heyəti ilə Azərbaycandadır.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə keçirdiyi brifinqdə deyib.
Spiker bildirib ki, xanım Armenqolun Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyətə malikdir. Belə ki, bu səfər də İspaniya parlament sədrinin Azərbaycana ilk səfəridir:
"Bu, həm mənim, həm də xanım Armenqolun ölkələrimiz arasında parlamentlərarası əlaqələrin inkişafına verdiyimiz əhəmiyyətin bir göstəricisidir".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Yanvar 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















