Icma.az
close
up
RU
Fransız deputat: Rötayo Əlcəzairdən hakimiyyətə gedən pillə kimi istifadə edir

Fransız deputat: Rötayo Əlcəzairdən hakimiyyətə gedən pillə kimi istifadə edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 26 avqust, AZƏRTAC

Fransanın ekologiya yönümlü deputatı Sabrina Sebaihi keçmiş nazir Noel Lönuarı və onun tərəfdarlarını sərt tənqid edib. Daxili işlər naziri Brüno Rötayonu Əlcəzair mövzusundan “siyasi pilləkən” kimi istifadədə ittiham edib.

AZƏRTAC xəbər verir ki, “CNews” kanalında çıxış edən sabiq Avropa məsələləri naziri Noel Lönuar Fransadakı milyonlarla Əlcəzair əsilli insanları təhlükə mənbəyi kimi təqdim etmişdi. Onun sözləri Fransada ictimai qınağa səbəb olub. Sabrina Sebaihi, “SOS Racisme” və “Union Algérienne” təşkilatları Lönuara qarşı məhkəmə iddiaları qaldıracaqlarını açıqlayıblar.

Növbəti çıxışında Lönuar sözlərini yumşaltmağa çalışaraq, “milyonlar yox, minlərlə əlcəzairli” demək istədiyini və ölkədən çıxarılma qərarı verilmiş şəxslər (OQTF) haqqında danışdığını bildirib. Lakin o, əsas ittihamlarını geri götürməyib.

Deputat Sabrina Sebaihi isə bu izahı qətiyyətlə rədd edərək, onun irqçi çıxışının bütün əlcəzairliləri hədəf aldığını bildirib. Aylardır bütün gün Əlcəzairə qarşı davamlı ritorika aparıldığını deyən deputat bu ritorikanı sağ və ifrat sağ dairələrin manipulyasiyası kimi qiymətləndirib və daxili işlər naziri Bruno Rötayonu açıq şəkildə ittiham edib: “Bu, ifrat sağın təşkil etdiyi bir kampaniyadır. Rötayo Əlcəzairi Fransanın dəyişməz düşməni, müsəlmanı isə daxili düşmən obrazı kimi təqdim edərək hakimiyyətə yol açmaq istəyir”.

Sabrina Sebaihi bu siyasətə qarşı səssiz qalmamaqda israrlıdır. Əlcəzairli kökə malik olan və Fransa Milli Assambleyasında Fransa–Əlcəzair dostluq qrupunun sədr müavini olan deputat bu kampaniyanın irqçilik və siyasi manipulyasiya ilə motivasiya olunduğunu vurğulayır.

Qeyd edək ki, Əlcəzairə qarşı sərt mövqeyi ilə tanınan Brüno Rötayo Fransada, eləcə də Əlcəzairdə bir çox siyasi və ictimai şəxslər tərəfindən iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmaqda ittiham olunur. Fransa və Əlcəzair arasında münasibətlər artıq bir ildən çoxdur ki, görünməmiş diplomatik böhran yaşayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri