Icma.az
close
up
RU
Fransız deputatların vizası ləğv edildi

Fransız deputatların vizası ləğv edildi

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Fransanın solçu partiyalarına mənsub olan 27 deputat, senator və yerli idarəçinin İsrailə və Fələstin ərazilərinə səfərinə iki gün qalmış vizaları ləğv edilib. 

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı "France 24" xəbər portalı məlumat verib. Məlumata görə, aprelin 20-də, bazar günü İsrailə və Fələstin ərazilərinə səfər etməyə hazırlaşan nümayəndə heyətinin vizaları İsrail hökuməti tərəfindən ləğv olunub. İsrail Daxili İşlər Nazirliyi bu qərarı “İsrail dövlətinə qarşı fəaliyyət göstərə biləcək şəxslərə qarşı tədbirlər görməyə imkan verən qanun” çərçivəsində verdiyini açıqlayıb. 

Səfəri planlaşdıran nümayəndə heyətinə Ekoloq və Kommunist partiyalarından olan deputatlar Fransua Ruffin, Aleksis Korbyer, Juli Özenne, Soumya Bourouaha, senator Marianne Margate və digər sol yönümlü yerli idarəçilər daxildir. Onlar səfər çərçivəsində Qüdsdə yerləşən Fransız konsulluğundan 5 günlük rəsmi dəvət aldıqlarını bildiriblər. Fransalı siyasətçilər açıqlamalarında səfərin məqsədinin beynəlxalq əməkdaşlıq və sülh mədəniyyətini gücləndirmək olduğunu vurğulayıblar.

Deputatlar qeyd ediblər ki, vizaların bir ay əvvəl təsdiqlənməsinə baxmayaraq, səfərə iki gün qalmış ləğv edilməsi “kollektiv cəza”ya bənzəyir və bu qəfil qərarın səbəblərinin açıqlanmasını istəyirlər. Fransanın Ekoloq və Kommunist partiyalarından olan 17 siyasətçi Prezident Emmanuel Makronu məsələyə müdaxilə etməyə çağıraraq, bu qərarı kəskin şəkildə tənqid ediblər.

Qeyd edək ki, İsrail daha əvvəl də ölkəyə səfər etməyi planlaşdıran iki britaniyalı leyborist deputatın girişinə icazə verməmişdi. Son dövrlərdə İsrail-Fransa münasibətlərində gərginlik yaşanır. Fransa Prezidenti Emmanuel Makronun ölkəsinin Fələstin dövlətini tanıya biləcəyini deməsi və bu prosesi iyun ayına qədər reallaşdıra biləcəklərini bildirməsi İsrail tərəfindən sərt reaksiya ilə qarşılanıb. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri