Icma.az
close
up
RU
Fransız frazeologiyasının sirlərinə yol: professor Gülnarə Sadıxovanın yeni kitabı

Fransız frazeologiyasının sirlərinə yol: professor Gülnarə Sadıxovanın yeni kitabı

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri filologiya elmləri doktoru Gülnarə Sadıxovanın yeni fundamental əsəri (“Cours théorique et pratique de la phraséologie française”) fransız frazeologiyasının nəzəri və praktik aspektlərini bir araya gətirərək oxucuya geniş perspektiv təqdim edir.

AZƏRTAC xəbər verir ki, kitab 2025-ci ildə Polşada işıq üzü görüb və “Amazon” platformasında yerləşdirilib, bu da onun beynəlxalq oxucu auditoriyası üçün əlçatan olduğunu göstərir.

Kitabda frazeoloji vahidlərin mənası, strukturları, istifadəsi və tərcümə problemləri sistemli şəkildə təqdim olunur. Müəllif həm də müxtəlif dillərdə frazeologiyanın müqayisəli aspektlərini araşdıraraq, fransız, rus və Azərbaycan dillərindəki ifadələri müqayisə edir. Burada həm müxtəlif mənbələrdən – klassik ədəbiyyatdan, müasir əsərlərdən, jurnallardan və onlayn resurslardan istifadə olunub, həm də didaktik cəhətdən zəngin nümunələr təqdim olunub.

Kitabın nəzəri hissəsi frazeologiyanın tarixi və əsas anlayışlarını əhatə edir: frazeoloji vahidlər, idiomlar, kollokasiyalar, atalar sözləri, praqmatemlər və s. Müəllif, həmçinin frazeologiyanın dilçilikdə, pedaqogikada və interkultural tərcümədə rolunu vurğulayır. Praktiki hissədə oxucular üçün tapşırıqlar, təhlil və izahlı nümunələr təqdim olunur.

Əsərə verilən rəylər də, onun elmi və praktik əhəmiyyətini təsdiqləyir. Antonio Pamies Bertran (İspaniya, Qrenada Universiteti), Celin Benənger (Fransa, Strasburq Universiteti) və Saadane Braik (Əlcəzair, Naama Universiteti) kimi beynəlxalq mütəxəssislər kitabın nəzəri dəqiqliyini, metodik aydınlığını və praktik faydasını yüksək qiymətləndiriblər.

Gülnarə Sadıxovanın müəllifi olduğu bu əsər frazeologiyanın öyrənilməsi və öyrədilməsində sistemli və metodik yanaşma təqdim edir. Kitab həm mütəxəssislər, həm tələbələr, həm də fransız dili müəllimləri, tərcüməçilər və leksikoloqlar üçün əvəzolunmaz mənbədir. Əsər, həmçinin Azərbaycan dili frazeologiyası ilə bağlı az sayda mövcud olan məlumatları fransız dilində təqdim edərək beynəlxalq tədqiqat sahəsini zənginləşdirir, frazeologiyanı öyrənmək və öyrətmək istəyən hər kəs üçün əvəzolunmaz bir qaynaqdır. Kitab həm elmi-tədqiqat, həm də pedaqoji baxımdan yüksək səviyyədə tərtib olunub, frazeologiyanın mürəkkəb dünyasına aydın və sistemli giriş təqdim edir və dil öyrənənlərin, müəllimlərin və tədqiqatçıların işini xeyli asanlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri