Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Fransızların əksəriyyəti etiraz aksiyalarını dəstəkləyir SORĞU

Fransızların əksəriyyəti etiraz aksiyalarını dəstəkləyir SORĞU

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 18 sentyabr, AZƏRTAC

Fransada 18 sentyabr - ümummilli həmkarlar ittifaqları tərəfindən təşkil olunan etiraz aksiyası ölkə əhalisinin əksəriyyəti tərəfindən dəstəklənir. ELABE institutunun BFMTV üçün keçirdiyi “Opinion en direct” adlı sorğuya görə, fransızların 56 faizi bu aksiyanı açıq şəkildə dəstəkləyir və ya ən azı ona qarşı simpatiya ilə yanaşır.

AZƏRTAC xəbər verir ki, sorğunun nəticələri cəmiyyətin əhvali-ruhiyyəsini əks etdirir. Eyni zamanda, respondentlərin 25 faizi aksiyaya qarşı çıxır, 18 faizi isə bu hadisəyə qarşı laqeyddir, 1 faiz isə bu barədə fikir bildirməyib.

Etirazlara dəstək səviyyəsi sosial qruplar arasında dəyişir. Aktiv əmək fəaliyyəti ilə məşğul olanlar arasında dəstək 60 faiz, xüsusilə orta ixtisaslılar arasında 64 faiz, əməkçilər və fəhlələr arasında isə 60 faiz təşkil edir. Buna qarşılıq, rəhbər işçilər arasında bu rəqəm 53 faiz, təqaüdçülər arasında isə 46 faizdir.

Aksiyalara siyasi baxışlara görə də münasibət dəyişir. Yeni Xalq Cəbhəsi (NFP) tərəfdarlarının 88 faizi, Milli Birlik (RN) tərəfdarlarının 57 faizi və seçkilərdə iştirak etməyənlərin 55 faizi etirazları dəstəkləyir. Əksinə, Emmanuel Makronun partiyası “Ensemble” seçicilərinin 59 faizi, sağ partiyaların isə 53 faizi bu hərəkata qarşıdır.

Etiraz aksiyaları həmkarlar ittifaqlarının çağırışı ilə təşkil edilsə də, əhali arasında bu qurumlara münasibət daha tənqidi qalır. Sorğuda iştirak edənlərin 57 faizi həmkarlar ittifaqlarını cəmiyyətin inkişafına mane olan amil hesab edir, yalnız 42 faizi isə onları dialoqun tərəfi kimi görür. Bu tənqidi mövqe xüsusilə “Ensemble” (83 faiz), Respublikaçılar (LR) (74 faiz) və Milli Birlik (RN) (69 faiz) tərəfdarları arasında daha yüksəkdir. NFP seçicilərinin isə yalnız 22 faizi bu fikri bölüşür.

Aksiyaların əsas səbəblərindən biri də keçmiş Baş nazir Fransua Bayrunun qənaət tədbirləri ilə bağlı siyasəti olsa da, onun istefası və yerinə Sebastyən Lökornünün təyin olunması xalqın narazılığını azaltmayıb. ELABE sorğusuna əsasən, fransızların 66 faizi yeni Baş nazirin siyasətinin Emmanuel Makronun əvvəlki hökumətlərinin davamı olacağını düşünür.

Həmçinin respondentlərin 52 faizi hesab edir ki, Lökornü digər siyasi partiyalarla kompromis əldə edib büdcəni qəbul etdirməkdə çətinlik çəkəcək.

Yeni Baş nazirin qarşısında ciddi sosial təzyiqlər dayanır. Sentyabrın 26-da kənd təsərrüfatı işçilərinin yeni etiraz aksiyası gözlənilir. Bu aksiyanı təşkil edən FNSEA (Fransanın əsas kənd təsərrüfatı həmkarlar ittifaqı) 72 faiz dəstək alır.

Beləliklə, 18 sentyabr mitinqi Fransa cəmiyyətində sosial və siyasi gərginliyin artdığını və əhalinin hökumət siyasətinə narazılığının davam etdiyini göstərir.

Sentyabrın 18-də keçirilən aksiyanın əsas hədəfi hökumətin planlaşdırdığı böhran büdcəsi və qənaət tədbirlərinə qarşı çıxmaqdır. Həmkarlar ittifaqları bu tədbirlərin ictimai xidmətlərin zəifləməsinə, sosial ədalətsizliyə və əmək haqlarının durğunluğuna səbəb olacağını bildirərək küçələrə çıxıblar.

Sorğunun nəticələri göstərir ki, Fransada ictimai rəy getdikcə daha çox hökumətin iqtisadi siyasətinə qarşı tənqidi mövqe tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri