Fransua Benedetti: Milli kimliklərin ləğv edilməsi və kolonializm tökülən qanların, tətbiq olunan gücün sayəsindədir
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Fransa dənizaşırı ərazilərdə neomüstəmləkə siyasətini davam etdirir, yerli əhalinin ehtiyaclarını nəzərə almır və onların milli-dini kimliyini məhv edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti (François Benedetti) Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçiriləcək “Kolonializm: Milli-Dini Kimliyin Silinməsi” adlı beynəlxalq konfransından öncə təşkil olunmuş mətbuat konfransında səsləndirib.
O bildirib ki, rəsmi Parisin Mayot adasında hərbi baza yerləşdirmək qərarı belə siyasətin parlaq nümunəsidir.
“Fransa hökuməti Mayotda hərbi baza yerləşdirib. Yerli sakinlərin təbii fəlakətlərin nəticələrindən əziyyət çəkdiyi və yardıma ehtiyac duyduğu bir vaxtda hərbi bazanın tikilməsi nə dərəcədə əsaslıdır? Milli kimliklərin ləğv edilməsi və kolonializm tökülən qanların və tətbiq olunan gücün sayəsindədir. Neomüstəmləkəçilik bəşəriyyətə qarşı cinayətdir. O, yerli xalqların unikal mədəni irsini məhv edir, onların təbii sərvətləri isə amansızcasına mənimsənilir”, - deyə F. Benedetti o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Mart 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















