Icma.az
close
up
RU
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... FOTO

“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... FOTO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Noyabrın 16-da Ermənistanın Vaqarşapat şəhərinin genişləndirilmiş icmasında yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. “Vətən” partiyası şair-publisist Xaçik Manukyanı merliyə namizəd kimi irəli sürüb. 

Moderator.az xəbər verir ki, bu barədə “Vətən” partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan öz “Facebook” səhifəsində yazıb. 

“Mən əminəm ki, cənab Manukyan məhz mənəvi paytaxtımızın rəhbəri vəzifəsini daşıya bilən, öz gərgin əməyi və fədakarlığı ilə Eçmiədzinin və ətraf kəndlərin inkişafına yeni nəfəs verə bilən şəxsdir... Biz birlikdə əvvəlcə Vaqarşapatda, sonra isə bütün Ermənistanda qələbə qazanacağıq, əziz komanda yoldaşları!”- Vanetsyan belə deyib.

Zəruri xatırlatma və arayış:

Hazırda Azərbaycana və Paşinyan hakimiyyətinə qarşı revanşist mövqeyi ilə seçilən və terrorçu eks-prezident Serj Sərkisyanın lideri olduğu "Şərəf duyuram" müxalif  blokunun üzvü olan  general-mayor Artur Vanetsyan  2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını fərqlənmə diplomu ilə bitirib.  2018-ci il mayın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidentinin fərmanı ilə o, Milli Təhlükəsizlik Xidmətinin(MTX) direktoru təyin edilib, 2019-cu il sentyabrın 16-da isə baş nazirin təklifi ilə vəzifəsindən azad edilib. Və bundan sonra "Vətən" partiyasının sədri kimi daim Paşinyana müxalif mövqedə dayanıb.

Hələ MTX sədri olduğu dövrdə Ermənistan siyasi dairələrində  A.Vanetsyanın Moskvanın adamı olması haqda fikirlər səslənib. A.Vanetsyan 2020-ci ilin yanvarında o vaxt işğal altında olan Cəbrayıl rayonunun Arazyanı ərazilərimizə gələrək buradakı torpaqların təcili məskunlaşdırılmasından danışmışdı... 2020-ci ilin noyabrında isə populist çıxışlar edərək bir dəstə tərəfdarıyla  Xankəndinə gəlmiş, lakin ordumuz Şuşaya yaxınlaşan kimi aradan çıxmışdı...

2021-ci ildə isə A.Vanetsyan Qarabağa növbəti səfərində Xocavənd rayonundakı qədim Amaras məbədimiz üzərinə separatçı-terrorçu rejimin əski parçasını qaldırmışdı...

2022-ci ilin yazında bu “FSB” generalı 2 aya yaxın müddətdə “Qarabağı Azərbaycana təhvil verməyə çalışan” baş nazir N.Paşinyanı devirmək məqsədi elan etmiş küçə aksiyaları keçirdi. Ancaq heç bir nəticəyə nail ola bilmədi...

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri