Icma.az
close
up
RU
Ramil Əliyev : Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir FOTOLAR

Ramil Əliyev : Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir FOTOLAR

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"2025-ci il vətəndaş cəmiyyəti üçün bir qədər ziddiyyətli, lakin formalaşdırıcı bir il oldu".
Bu sözləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il vətəndaş cəmiyyətinin daha geniş formatda görüşləri keçirildi, QHT-lər üçün daha geniş imkanlar yaradıldı. Bunu xüsusilə son aylarda təşkil olunan tədbirlərdə aydın şəkildə görmək olar:
"İstər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xarici səfərlər çərçivəsində keçirdiyi görüşlər, istərsə də 2025-ci ilin may ayında Agentliyin icraçı direktorunun Nyu-Yorkda təşkil etdiyi uğurlu görüşlər buna nümunədir. Bundan başqa, 2025-ci ildə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının toplantıları Bakı və Naxçıvan şəhərlərində keçirildi və Türk Dövlətləri Təşkilatının QHT Platforması yaradıldı. Bu hadisə 2025-ci ilin ən böyük uğurlarından biri hesab olunur. Necə ki, 2024-cü ildə vətəndaş cəmiyyətinin Azərbaycanda ilk dəfə keçirilən COP29-da uğurlu iştirakı həmin ilin ən mühüm nailiyyətlərindən biri sayılırdısa, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Forumunun Azərbaycanda keçirilməsi və platformanın yaradılması da eyni dərəcədə böyük uğur idi".
QHT sədri hesab edir ki, ildən-ilə yeniləşən vətəndaş cəmiyyətinin formalaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, yeni layihələrin həyata keçirilməsi, eləcə də 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinə verilən yüksək qiymət bu sahədə şəffaflığın və dinamikanın artmasına gətirib çıxaracaqdır:
"Təbii ki, nöqsanlar və müəyyən çətinliklər mövcuddur. Lakin bunlara baxmayaraq, dövlətimizin vətəndaş cəmiyyətinə göstərdiyi qayğı, açdığı imkanlar gələcəkdə daha şəffaf fəaliyyət göstərməyə və ölkəmiz naminə yeni uğurlara imza atmağa zəmin yaradır. Artıq vətəndaş cəmiyyətimizin nümayəndələri beynəlxalq təşkilatlarda və beynəlxalq arenalarda fəal iştirak edirlər. 2025-ci ilin may ayında 28 May – Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan yüzə yaxın soydaşımızın iştirakı ilə möhtəşəm tədbir keçirdik. Hesab edirəm ki, bu cür tədbirlər nə qədər çox təşkil olunsa, ölkə xaricində fəaliyyətimiz nə qədər genişlənsə, Azərbaycanın uğurları da bir o qədər artacaq və gələcək inkişafına mühüm töhfələr verəcəkdir".




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see182

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri