FT: Aİ nin yeni sanksiyalar paketi Rusiya neftinin qiymətlərini kəskin şəkildə aşağı sala bilər
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Aİ-nin yeni sanksiyalar paketi Rusiya neftinin qiymətlərini kəskin şəkildə aşağı sala bilər.
APA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası aparıcı Avropa ölkələrinin, o cümlədən Fransa, Almaniya və İtaliyanın dəstəyi ilə Rusiya neftinin qiymətinin bir barel üçün tavanını 60 dollardan 45 dollara endirməklə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyir.
Bu məhdudiyyətlərin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində nəzərdən keçirildiyi vurğulanıb.
Qeyd edək ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə hazırlıqlara başlanıldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















