Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Turkustan.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.
Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur.
Fuat Oktay həmçinin Azərbaycan Milli Məclisinin qarşısında da media nümayəndələri üçün açıqlama verəcək.





Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi
06 Dekabr 2024 15:03
Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlir
06 Dekabr 2024 14:56
Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya GƏLDİ
06 Dekabr 2024 16:18
Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi AzPolitika onlayn siyasiictimai qəzet
06 Dekabr 2024 15:42

