Icma.az
close
up
RU
“Fundamental Astronomiya” kitabının təqdimatı olub

“Fundamental Astronomiya” kitabının təqdimatı olub

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Tusi-Bohm Planetariumda Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində dünyaca məşhur “Springer Nature” nəşriyyatının çap etdirdiyi “Fundamental astronomy” (Hannu Karttunen, Pekka Kröger, Heikki Oja, Markku Poutanen, Karl Johan Donner) kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçirilib.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində əvvəlcə Həvəskar Astronomlar Cəmiyyəti İctimai Birliyi tərəfindən təqdim edilmiş və müsabiqədə qalib olmuş “Astronomiya olimpiadasının üstünlüyü: Azərbaycan dilində STEM təhsil” adlı layihənin rəhbəri Famil Mustafa kitabın ərsəyə gəlməsində əziyyəti olanlara dərin təşəkkürünü bildirib.

Sonra tədbirin qonaqları - Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının müdiri dosent Kəmalə Alışeva, kafedranın əməkdaşı dosent Xıdır Mikayılov, AMEA-nın müxbir üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi professor Əyyub Quliyev, “Həvəskar Astronomlar Cəmiyyəti” İB-nin sədri Faiq Nağıyev çıxış edərək Azərbaycan dilinə tərcümə edilmiş bu kitaba böyük ehtiyacın olduğunu, onun vacibliyini vurğulayıblar. Qeyd edilib ki, bu kitabdan ali məktəblərdə müəllim və tələbə heyəti, respublika və beynəlxalq astronomiya Olimpiadasına hazırlaşan şagirdlər, həmçinin astronomiyaya marağı olan digər şəxslər faydalana bilərlər.

Tədbirin sonunda qonaqlara kitablar hədiyyə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri