Icma.az
close
up
RU
“Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

“Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

Tusi-Bohm Planetariumda “Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı kitabın məzmunu və məqsədi, ölkəmizdə astronomiyanın təbliği sahəsində görülən işlər və planlar haqqında məlumat verilib.

Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa qeyd edib ki, bu kitab astronomiya fənnindən olimpiadalara hazırlaşan məktəblilər və universitet tələbələri üçün nəzərdə tutulub. Hər il Məktəblilərarası Astronomiya Olimpiadasında Azərbaycan da iştirak edir. Keçən il Hindistanda keçirilmiş olimpiadada komandamız bürünc medal qazanıb. Bu uğur astronomların məktəblilərlə planlı və məqsədyönlü işinin bəhrəsidir.

Şamaxı Astrofizika Rəsədxanasının Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri Nazim Hüseynov isə bildirib ki, ulduzlar, kainatın quruluşu, əsas astrofiziki proseslər barədə fundamental biliklərə yiyələnmək üçün tədris prosesində dərslik və vəsaitlərə müraciət zəruridir. Lakin onların xarici dildə olması tələbələr və müəllimlər üçün əlavə çətinlik yaradır. Bu tərcümə də həmin problemi aradan qaldırmaq məqsədi daşıyır.

Vladimir G. Surdinin “Astronomiya olimpiadaları: məsələlər və onların həlləri” toplusu 2018–2021-ci illərdə rus dilində nəşr olunub. Kitabın Azərbaycan dilinə tərcümə və redaktə işləri Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Nazim Hüseynov, Kamal Hüseynov və Famil Mustafa tərəfindən həyata keçirilib.

Tədbirin sonunda qonaqlar “Kosmik toqquşmalar” filmini izləyiblər, iştirakçılara kitab hədiyyə olunub.

Kitab Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində tərcümə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri