Funt sterlinqin ucuzlaşması davam edir SON MƏZƏNNƏ
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyanın milli valyutası olan funt sterlinq bu həftə ABŞ dolları qarşısında bir qədər də ucuzlaşıb.
Sfera.az beynəlxalq birja məlumatlarına istinadən xəbər verir ki, bu gün bir funt sterlinq 1,23 dollara düşüb.
Funt sterlinqdə ucuzlaşma 2024-cü ilin sentyabrın sonlarından müşahidə edilir. Sentyabrın son günlərində bir funt sterlinq 1,34 dollar idi. Ötən 100 gün ərzində ingilis valyutası 8 faizdən çox dəyər itirib.
Funt sterlinqin ucuzlaşması manatla olan məzənnədə də görünür. Ötən ilin sentyabrın 25-də bir funt sterlinq 2,28 manata dəyişdirilirdi. Amma hazırda bir funt 2,09 manatdır.
Əvvəl 1000 funtu manata dəyişdirdikdə 2280 manat edirdisə, indi 2090 manat edir.
Vasif
Baxış sayı:88
Bu xəbər 10 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















