Futbol üzrə Azərbaycan millisi mükafatlandırılıb
Olke.az saytına istinadən Icma.az xəbər verir.
"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
Ölkə.az xəbər verir ki, Elvin Cəfərquliyev ölkəmizdəki turnirin ən yaxşı futbolçusu adına layiq görülüb.
Ardınca Syerra Leone yığmasının üzvlərinə medallar verilib. Daha sonra yarışın qalibinə mükafatlar təqdim olunub.
Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Syerra Leone Futbol Assosiasiyasının rəsmiləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan millisi turnirdəki ilk qarşılaşmasında Sent Lüsiya seçməsini 6:1 hesabı ilə üstələyib. Syerra Leone ilə matçın əsas vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Azərbaycan komandası turnirin qalibi olub.(report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 30 Mart 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















