Futbolçular istəklidirlər, özlərinə gəliblər Qurban Qurbanov
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə ilk yoxlama oyununa çıxıb. Matç Ağdam təmsilçisi nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasının oyunu barədə fikirlərini bildirib:
“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.
Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 12 Yanvar 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















