Futbolçular təzyiq etdi, rəhbərlik hərəkətə keçdi Premyer Liqa klubu bölgəyə yollanır
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Növbəti mövsüm Premyer Liqada çıxış edəcək “İmişli” klubu təlim-məşq toplanışı üçün planlarını dəyişir. Bölgə klubu mövsümün hazırlıqlarına Mərdəkanda start versə də, yaxın vaxtda buranı tərk edə bilər.
Buna səbəb komandanın məşqlərini davam etdirdiyi meydançanın süni və əlverişsiz olmasıdır. Daha öncə futbolçuların bu durumdan narazı olduğunu xəbər vermişdik.
Bunu diqqət alan “İmişli” rəhbərliyi çıxış yolu kimi Qəbələyə səfər etməyi düşünür.
Ayın 23-dü “Sumqayıt”la yoxlama matçı keçirəcək komanda bu görüşün ardından Qəbələyə yollanacaq. “İmişli”nin bundan sonrakı hazırlığını məhz bu bölgədə davam etdirməsi gözlənilir.
Hazırda rəhbərlik bunun üçün qarşı tərəflə danışıq aparır.
Xatırladaq ki, “Şamaxı” və “Qəbələ” klubları da yeni mövsüm üçün hazırlıqlarını Qəbələdə davam etdirir.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















