Icma.az
close
up
RU
“Futbolçulara irad üçün ciddi səbəb görmürdüm” Qurban Qurbanov

“Futbolçulara irad üçün ciddi səbəb görmürdüm” Qurban Qurbanov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Futbolçulara irad üçün ciddi səbəb görmürdüm” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”a qalib gəldikləri matçdan (4:2) danışıb. 

QOL.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını belə dəyərləndirib:

"Futbolçularımı qələbə və göstərdikləri oyuna görə təbrik edir, onlara təşəkkürümü bildirirəm. Qarşımızda yaxşı komanda var idi. Azarkeşlər üçün maraqlı qarşılaşma alındı. Hər iki komandaya uğurlar arzulayıram".

- Komanda iki uğursuz seriyaya son qoydu. Beş oyundan sonra qələbə qazandınız, dörd matçdan sonra qol vurdunuz. Bu seriyaların başa çatması qarşıdakı oyunlar üçün komandaya əlavə motivasiya verəcək?

- Çempionatın gedişində belə hallar olur. Buna baxmayaraq, biz öz işimizə və inamımıza sadiq qaldıq, həvəslə çalışdıq. Futbolçulara irad bildirmək üçün ciddi səbəb görmürdüm. Onlar çox çalışqandırlar, məşqlərə intizamla yanaşırlar.

Uğursuz seriyalar futbolda olur. Bu qələbə o demək deyil ki, həmin dövrü tam geridə qoyduq və bir daha belə vəziyyətlə üzləşməyəcəyik. Çünki bütün komandalar rəqiblərinə qarşı ciddi hazırlaşırlar. Qarşıdakı oyunlarda bizi hansı çətinliklərin gözlədiyini, rəqibin hansı planla meydana çıxacağını əvvəlcədən bilmirik. Komandalar bizə qarşı oyun sistemlərini dəyişir, fərqli üslubda çıxış edirlər. Bu da matçın gedişində müəyyən dəyişikliklər etməyi zəruri edir.

Ümumilikdə, uğursuz seriyanın başa çatması və dörd qol vurmağımız sevindiricidir. Ancaq iki qol buraxmaq bir qədər ağır gəlir. Belə bol qollu oyunlar futbola marağı və sevgini artırır.

- Musa Qurbanlı meydana daxil olduqdan qısa müddət sonra qol vurdu. Onun növbəti oyunlarda start heyətində yer almaq ehtimalı varmı?

- Təkcə Musanın deyil, istənilən futbolçunun start heyətində oynamaq şansı var. Qarşıda bizi sıx qrafik gözləyir. Həm kubok, həm də çempionatın təxirə salınmış oyunu var. Buna görə rotasiyalara ehtiyac olacaq.

Musanın qol duyumunun olması yaxşıdır. Ancaq futbolçunun qol vurması onun mütləq start heyətində yer alacağı demək deyil. Heyəti rəqibin oyun üslubuna və matçın gedişinə uyğun qurmağa çalışacağıq. Həm Musanın, həm də digər futbolçuların əsas heyətdə oynamaq şansı yüksəkdir.

- Elvin Cəfərquliyev nə vaxt yaşıl meydanlara qayıda biləcək?

– Böyük ehtimalla, tam olaraq yanvar ayında. Bərpa prosesi yaxşı gedir. Ola bilsin, dekabrın sonlarında hansısa oyunda ona şans verək. Zədəsi kifayət qədər ciddi idi və əməliyyat olunmuşdu. Buna görə ehtiyatlı davranırıq. Ümumilikdə, vəziyyəti yaxşıdır. Özünü tam hazır hiss etsə, dekabrın sonlarında meydana çıxa bilər.

- “Sumqayıt”la Azərbaycan kubokunda da qarşılaşacaqsınız.

- Hər iki komanda üçün şərtlər eynidir. Bəzən qısa müddətdə eyni rəqiblə iki dəfə qarşılaşmaq müəyyən çətinlik yarada bilər. Kubokun özünəməxsus nüfuzu var. Bəlkə də ən gözlənilməz nəticələr məhz bu turnirdə qeydə alınır. Ona görə də ciddi yanaşmalı və yaxşı hazırlaşmalıyıq.

- “Neftçi”, “Sabah” və “Turan Tovuz”un turnir cədvəlində sizi qabaqlaması narahatlıq yaradır?

– Əlbəttə, öz mövqeyimizdən narahatıq. Daha yaxşı pillələrdə qərarlaşa bilərik. Komandalar avrokuboklara vəsiqə uğrunda ciddi mübarizə aparırlar. Biz də hər oyuna məsuliyyətlə hazırlaşacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Noyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri