Icma.az
close
up
RU
Futbolçunu qandallayıb təyyarədən çıxardılar

Futbolçunu qandallayıb təyyarədən çıxardılar

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belçikalı futbolçu Stefan Omeonqa Roma-Tel-Əviv reysi ilə səfər edərkən italiya polisinin zorakılığı ilə üzləşib.

QOL.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, polis tərəfindən zorla təyyarədən çıxarılaraq əlləri qandallanıb: "Bir stüard sənədlərimlə bağlı ehtimal edilən problemlə bağlı mənə yaxınlaşdı və məndən təyyarəni tərk etməyimi istədi. Sənədlərimin etibarlılığına əmin olduğumdan sakitcə ondan problemin nə olduğunu soruşdum. Bundan sonra polis çağırdılar, əllərimi qandallayıb zorla təyyarədən endirdilər. İnsanlardan uzaqlaşan kimi polislər məni kobud şəkildə yerə yıxdılar, döydülər, onlardan biri dizini başıma sıxdı.

Sonra cinayətkar kimi əllərim qandallandı. Məni polis maşınına mindirib hava limanına apardılar. Təcili yardım gəldi, amma şok vəziyyətində tibb işçilərinin suallarına cavab verə bilmədim. Bundan az sonra polis maşınında radiodan eşitdim ki, guya tibbi yardımdan imtina etmişəm və hər şey qaydasındadır. Ancaq tamamilə yalan idi. Polisin mənə nə edə biləcəyindən qorxaraq məni təcili yardımla aparmalarını xahiş etdim.

Sonra məni qaranlıq otaqda, yeməksiz, susuz, bir neçə saat tam alçaldılmış vəziyyətdə saxladıar. Azadlığa çıxsam da, bu günə kimi həbs olunmağım üçün heç bir əsas göstərməyiblər.

Mən heç bir ayrı-seçkiliyə dözə bilmirəm. Bu həbs aysberqin görünən hissədir. Mənim kimi bir çox insan iş tapa bilmir, mənzil ala bilmir və ya sadəcə qaradərili olduqları üçün sevdikləri idmanla məşğul ola bilmirlər. Biz birləşməli və səsimizi ucaltmalıyıq ki, ətrafımızdakıları - həmkarlarımızı, qonşularımızı və dostlarımızı cəmiyyətimizi narahat edən, onun inkişafına mane olan bu problemlə bağlı maarifləndirək". 

Qeyd edək ki, Omeonqa 2017-2020-ci illərdə İtaliya A seriyasında "Geno"da  çıxış edib. O, Belçikanın U-21 millisinin də sabiq üzvüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:319
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri