Icma.az
close
up
RU
Futbolumuzun qanqren barmaqları Gəldim sizi xəbərdar eləyim

Futbolumuzun qanqren barmaqları Gəldim sizi xəbərdar eləyim

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman jurnalistlərindən, futbol mütəxəssislərindən, veteran futbolçulardan futbolumuzun bu günüylə bağlı açıqlama, müsahibə alınanda cavablar adətən çox koloritli olmur. Bəlli problemləri dilə gətirib, şablon söhbətlər edirik. Amma bir mövzu var ki, futbolun f hərfindən anlayışı olmayan adam belə həmin müsahibə vaxtı problemlərin başlıca səbəbi olaraq həmin mövzunu göstərir və durur qıraqda. Bəli, söhbət uşaq futbolundan gedir. 

Dostlar bilir. Fürsət olduqca, demək olar ki, hər həftə aşağı yaş qrupu liqaları çərçivəsində keçirilən hansısa oyuna gedib, yerindən baxıram. Sağımda, solumda da əsasən uşaqlarını izləməyə gələn valideynlər, evsahibi akademiyada işləyən rəhbər şəxslər, (buna ancaq Sumqayıtda rast gəlmişəm. Akademiyanın direktoru Hakan Sünal gözümün qabağında U17 komandasını stadionda, U15 komandasını isə telefondan canlı izləyirdi) məşqçilər olur. Uzun sözün qısası, həmişə olduğu kimi kor-koranə “hay-haray uşaq futbolu” deyib qışqır-bağır salmayacam. Gördüklərimi naçizane, həddim olmayaraqdan sizə ərz edəcəm. Amma istiqamət milli komanda olacaq...

Açıq danışsaq, indi oxuduğunuz yazının yaranma tarixçəsi belə oldu. Ofisdə oturmuşam, saytda bir xəbər verdik. “Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan 19 yaşadək futbolçulardan ibarət milli komandamız noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Milli komandamızın baş məşqçisi Elxan Abdullayev isə ümumi açıqlama verib”. Başlıq da belə: “Bura elə-belə gəlməmişik”.

Uşaqlara uğurlar arzulayıram. Amma qoyduğumuz başlığa bir ətim töküldü, Elxan müəllimin açıqlamasına da ayrı töküldü. Təkcə keçən ay Belarusa 1-6 hesablı məğlubiyyətdə də meydançaya elə-belə çıxmamışdıq, deyim biləsiz. Digər bütün yaş qruplarının nəticələri, statistikalar və s. istənilən saytda var, istəyən girib bir-bir baxsın, o heç. Yazının davamında sırf öz fikirlərim olacaq. Öz, şəxsi, subyektiv, fərdi, personal, individual.

Elxan Abdullayev tanıdığım, bildiyim ən həvəssiz, tənbəl, öz üzərində çalışmayan mütəxəssisdir. Bildiyim qədərilə, Santuşun potensial yerli köməkçi siyahısında namizədlər arasında adı var, CV-si stolun üstündədir.

Söhbəti uzatmadan arzulayıram ki, qısa bir zamanda istədiyi komfort zonaya getmək qisməti olar, əli cibində oturub maaşını alar. Təki, hazırda xaliqin yaranmışları arasında ən gözəl vaxtlarını yaşayan 19 yaşlı uşaqları ildə bir neçə dəfə bu adam bir araya yığmasın. 

Yeri gəlmişkən, bildiyim qədərilə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Samir Əliyev də vəzifəsindən ayrılıb. Futbolçu, məşqçi karyerası bir kənara, Samir şəxs olaraq da özünə hörmət edən oğlandır. Son alınan ardıcıl biabırçı məğlubiyyətlərdən sonra özü istəyiylə tutduğu postdan getmək istədiyini bildirib. 

Nəticədə il bitməmiş, bu ayın 16 və 19-u Belarus millisinin şərəfini qoruyan həmyaşıdlarıyla baş tutması planlanan hazırlıq matçları da ertələnib. Səbəbi də bu. Müəllimə uğurlar. Sadəcə alınmadı.

Üzümüzü son dövrdə Füzuli Məmmədovun rəhbərlik etdiyi U18 millimiz güldürdü, uşaqlar getdi Monteneqronu yerindəcə uddu, gəldi. Cari ildə ilk qələbəmizi qazandılar. Şübhəsiz, Məmmədov son illərdə öz üzərində daim işləyir, nailiyyətə acdır. Qulağıma da Füzuli müəllim haqqında ancaq pozitiv şeylər gəlib çatır. Yoldaşlıq oyununa çıxanda belə adam gecələr yatmır, analiz, taktika işləyir. Allahla danışsaq, Füzuli Məmmədova bir qulp tapıb qoşa bilmədim. 

”Öz üzərində işləmək” şablon ifadə kimi səslənsə də, çox vacib məsələdir. Xüsusilə yerli mütəxəssislərimiz üçün. Bu siyahıya Aqil Nəbiyevi də gözüyumulu əlavə edərəm, nəticələrdən müstəqil olaraq. 15-16 yaşlılarımızın baş məşqçisi və köməkçiləri demək olar ki, mövsümboyu dayanmadan liqa oyunlarına gedir, uşaqları yerindəcə izləyib, analiz edir. O gün də verilişdə qonağımız idi. Adam bütün ittihamları, tənqidləri müdrik şəkildə qəbul etdi, çıxış yolları göstərdi, başqalarından fərqli olaraq özünün də günahkar olduğu məsələləri etiraf etdi.

İlham Yadullayevin 17 yaşlıları isə sentyabrda adlı-sanlı Türkiyə millisi ilə bərabərə qalıb. İlham müəllim haqqında elə də fikir sahibi deyiləm, önümüzdəki tsikldan sonra düşüncələrim tam formalaşacaq. Çətin sınaqdan ümid edirəm üzüağ çıxacaq. Avropa Çempionatının seçmə mərhələsində Macarıstan, Yunanıstan və Rumıniyaya qarşı İlham müəllimə bol şans arzulayıram.

Əslində, yazıya başlayanda, hamı haqda bir-iki abzas nəsə yazmaq fikrim yox idi. Elxan Abdullayevin sözlərini oxuyanda ürəyimin necə dolu olduğunu hiss elədim. Bəzi “yeyib doyan” “ver yeyim,ört yatımçı” mütəxəssislərə görə yerli məşqçilərimizin hamısının nüfuzu necə aşağı düşür, reputasiyası necə zəifləyirsə, artıq hamımız dayanmışıq startda, yanvarda cəlb olunacaq xorvatları, ispanları, portuqalları gözləyirik. Biz istəyirik ki, öz uşağımıza futbolu öz məşqçimiz öyrətsin. Amma bəzi tənbəl, səriştəsiz yerlilərimizə görə adam ağzını açmağa utanır.

Fikrimiz dəyişməz olaraq qalır. Millimizdə, liqamızda işləyən əcnəbilərin daha əvvəl də bizə heç nə vermədiyi kimi, gələnlər də verməyəcək. 

Az qala bir qərinədir ki, liqaya embarqo qoyan, Avropa futbolunun nə olduğunu bizə göstərən Qurban Qurbanov, “Neftçi”yə hələ ki, son çempionluqlarını yaşadan Arif Əsədov, rəhmətlik Böyükağa Hacıyev, Samir Abasov... Əvəzində isə hər həftə bəhanələrindən qulağımızın mazol olduğu Sabahın Renduliçi, Bir ilin içində o boyda klubda 3 nəfərə heç nə edə bilməyən Mutu, Miodraq, Roman, nə bilim, Lippert, Obradoviç, Gede. Səhərə kimi uzatmaq olar siyahını. Təbii ki, tək-tük də olsa, istisnalar var.

Həəə, indi neyləmək lazımdır, gəlin, deyim. Özünə, işinə, savadına, futbol zəkasına, məşqçiliyinə güvənən, həvəsli, uğura ac, daim yenilik axtarışında olan məşqçilər var haa, məsələn, biri elə tutaq ki, Füzuli Məmmədov. Füzuli Məmmədov susmalı deyil. Arif Əsədov, nə bilim, Tərlan Əhmədov və başqaları. Danışmalıdır. Tutmalıdır həmin adamların yaxasından ki, ay qardaş, sənə görə yerli mütəxəssisləri sayan yoxdur, siz quruların oduna biz yaşlar da yanırıq. Gedin, özünüzə iş peşə tapın. Ya açıq-açıq mətbuata danışmalıdırlar. Bizim qapımız açıqdır məsələn.

Ya elə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə. Cahangir müəllim dostluğu, salam-məleyki, xətir-hörməti düşünmədən, kimin işindən narazıdırsa dərhal biletini kəsməlidir. Əks halda, yanan yaşlardan biri də özü olacaq. Ayağı itirməmək üçün qanqren olan barmağı, barmaqları kəsib atmaq lazımdır. Yoxsa ayaq noyabrda topuqdan, yanvarda dizdən, yayda dibindən kəsiləcək...

Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə Media yoxsa "semiçka" sektoru? - Giley-güzar Kim yalan danışır, Santuş, yoxsa Qriqorçuk? - "Zədəli" Mahmudovun macəraları Bədavi Hüseynov: "De Byaziyə təşəkkür etmək istəyirəm" Dərsimiz səbir, mövzumuz “Neftçi” - Köşə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Noyabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri