Icma.az
close
up
RU
Füzuli Məmmədov: Harada olmuşamsa, bu cəhətimə görə seçilmişəm MÜSAHİBƏ

Füzuli Məmmədov: Harada olmuşamsa, bu cəhətimə görə seçilmişəm MÜSAHİBƏ

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Azərbaycanın U-17 millisinin, "Neftçi" və "Mingəçevir"in sabiq baş məşqçisi Füzuli Məmmədovun Sport24.az-a müsahibəsi
- Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti dəfə məğlub oldu. İslandiyaya 0:2 hesabı ilə uduzduğumuz oyunu izlədinizmi? Sizcə, komanda necə təsir bağışladı?
- Matça stadiondan baxırdım. İlk hissədə etibarlı müdafiə olunmağa və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Amma İslandiya standart vəziyyətlərdə çox təhlükəli kollektivdir. Səfər matçında da bizi standart vəziyyətdən cəzalandırmışdılar. Ucaboy oyunçuları var. Buna görə diqqətli olmalı idik. İlk qolda rəqibə boşluq verdik. Heyətlərindəki oyunçular da çox güclüdür. Bu boşluqdan rahat istifadə etdilər. Ondan sonra standart vəziyyətdə də onlara boşluq verdik, rahat buraxdıq və fərqi artırdılar. İkinci hissədə hesabı bərabərləşdirmək üçün irəli atıldıq. Qol vurmaq istəyirdik. Pressinq də tətbiq etməyə çalışdıq. Lakin çox keyfiyyətli yığmaya qarşı oynadıq. Onların müdafiəsini yara bilmədik, yekunda məğlub olduq. İlk hissədə qol buraxmasaydıq, bəlkə də rəqibi cəzalandıra bilərdik.
- Yığma rəsmi oyunlarda son qələbəsini 2023-cü ildə əldə edib. Həmin vaxtdan sonra Fernandu Santuş da baş məşqçi kimi işləyib. İndi isə Ayxan Abbasov bu postdadır. Hazırkı heyətlə nəyə nail ola bilərik?
- Ayxan müəllim yeni gəlib. İslandiya ilə matçda da gördünüz ki, əsas heyətdə bəzi gənc oyunçulara üstünlük vermişdi. Amma belə davam etsək, millimiz zamanla istədiyimiz səviyyəyə çatacaq. Tək əsas yığmaya yönəlməli deyilik. Bundan əlavə, aşağı yaş qrupundakı millilərlə, akademiyalara, uşaq futboluna çox diqqət yetirməliyik. Ondan sonra futbolçular göbələk kimi bitəcəklər. Yekunda əsas millidə seçimimiz çox olacaq.
- Ayxan Abbasov heyət seçiminə görə də bəzən tənqid olunur. Heyətdəki futbolçular klublarında az forma şansı əldə edirlər. Siz bu barədə necə düşünürsünüz?
- Legioner limitinin ləğvi heç ürəyimcə olmayıb. Çünki yerli futbolçuların əsas heyətdə oynamasına təsir edir. Bəzi mütəxəssislər bildirirlər ki, futbolumuzun xeyrinə olacaq. Amma mən həmişə söyləmişəm ki, istər-istəməz bizə təsir edəcək. Azərbaycanlı oyunçuların əsas heyətdə yer almaq şansı azalacaq. Daha çox ucuz legionerlərdən istifadə ediləcək. İndi belə də olur. Məncə, limit qoyulmalıdır. Azərbaycanlı futbolçular nə qədər çox oynasalar, milli üçün seçim də rahat olacaq. İndi Ayxan Abbasov çətin durumdadır. Oyunçularımızın əksəriyyəti əsas heyətdə yer almırlar. Belə olanda oyun praktikası aşağı düşür. Futbolçuların performansı da zəifləyir. Düşünürəm ki, 3-4 yerli futbolçu limiti olmalıdır.
- Misli Premyer Liqasını izləyirsinizmi? Artıq I dövrə arxada qalıb. Cari mövsüm sizi təəccübləndirən komandalar oldumu?
- Əlbəttə. Bütün turları izləyirəm. Önəmli matçlara da baxıram. "Turan Tovuz" heyəti dağıtmayıb, ötən mövsümdəki heyəti gücləndirib. Bəzi mövqelərə transfer etməklə bu il daha iddialıdırlar. Komanda oyundan-oyundan artırır. İlk turlarda o performansı görmürdüm. Sonradan iddialı kollektiv olduqlarını göstərdilər. Möhkəm komandadır. Xoşuma gələn şeylərdən biri odur ki, standart vəziyyətlərdə çox təhlükəlidirlər. "Sumqayıt"ı da xüsusi qeyd etmək istəyirəm. Komanda qorxaq futbol oynamır. Cəsur futbol sərgiləyir. Düşünülmüş hücumlar qurmağa çalışırlar. Problemlər bəzi matçlarda görünür. Bu, qaçılmazdır. Normaldır. Belə davam etsələr, daha yaxşı olacaqlar. "Qəbələ"ni də vurğulamaq istəyirəm. Heyətdə gənc futbolçular var. Xoşuma gələn strategiya odur ki, rəhbərlik gənclərə güvənir, gələcək vəd edən legionerlər gətiriblər. Oyundan-oyundan daha yaxşı olacaqlar.
- Öz karyeranız haqqında da danışmağınızı istərdik. Sizcə, niyə hazırda kənardasınız?
- Mən kənarda deyiləm. Son olaraq "Mingəçevir"in baş məşqçisi idim. İyunda klubdan ayrıldım. Üç il aşağı yaş qrupundan ibarət millidə çalışdım. Ondan əvvəl "Qaradağ Lökbatan"da işlədim. Daha əvvəl isə "Neftçi"də idim. "Ağ-qaralar"da həm köməkçi, həm də baş məşqçi oldum. "Neftçi"də işlədiyimiz müddəti uğurlu saymaq olar. Çünki komanda hər mövsüm ikinci yeri tutdu. Roberto Bordinin vaxtında çempionluğa da iddialı idik. Son anlarda əldən verdik. Ondan sonra da ikinci yeri tutduq, yaxşı oyun sərgiləyirdik. Klubdan ayrıldığım vaxt komandanın hazırlığı çox yaxşı səviyyədə idi. Yaxşı transferlər də olunmuşdu. Həmin vaxt "Neftçi" çempionluq sevinci də yaşadı.

- Daha sonra U-17 millisində və "Qaradağ Lökbatan"da işlədiniz...
- Bəli. Həmin müddət ərzində "Qaradağ Lökbatan" bir dəfə çempion oldu, sonra isə ikinci yeri tutdu. Komanda hər il iddialı olurdu. Həmin üç ildə milli komandada da işləyirdim. 15 yaşlı futbolçulardan başladıq. Onları 18 yaşadək gətirə bildik. Çox yaxşı, döyüşkən heyət formalaşdırmışdım. Milli komandada uğur qazanmaq çətindir. Oyunçularla maksimum 10 gün birlikdə ola bilirdik. Həmin vaxtdan sonra artıq futbolçular öz klublarına gedirdilər. Komandanı yaxşı səviyyəyə gətirirdik, sonra istər-istəməz klublarda fərqli məşq prosesi olurdu. Bununla bərabər millidə bir heyət formalaşdırmışdıq. Seçmə mərhələdə zəif çıxış etdik. Oyunçuların 17 yaşları var idi və bu, ilk sınaqları idi. Sloveniya və Serbiya yığmaları həqiqətən güclü idi. Onlar seçmə mərhələni keçdilər. Serbiya seçməsi turnirin final mərhələsinədək irəliləmişdi. Güclü heyətləri var idi. Yoldaşlıq oyunlarında, digər turnirlərdə hər zaman dominant, döyüşkən oyun sərgiləyirdik. Üç il ərzində elə oyun olmadı ki, orada qorxaq futbol oynayaq. Əksinə Türkiyəyə səfərdə qalib gəldik. Şimali Makedoniyanı iki qarşılaşmada üstələdik. Monteneqronu da məğlub etdik. Bu oyunların sayı çox idi. Elə səfər yox idi ki, komandamız qalib gəlməsin. Çox nəticələr futbolçulara motivasiya verirdi. Diqqət etdiyim məqam həm də oyunçuların yetişməsi idi. Beynəlxalq turnirlərdə rahat oynamalarını istəyirdik, onlara özgüvən verirdik. Rəqibdən çəkinmirdilər. Oyunçuların bir komanda kimi formalaşması çox önəmlidir. Bir heyəti yığanda yaxşı səviyyədə 5-6 futbolçu var idi. Digərləri istədiyimiz səviyyədə aşağı idi. Daha sonra onların sayı 18-ə çatdı. Düşünürəm ki, yığmada da yaxşı iş ortaya qoymuşuq. Bizə nəzarət edən şəxslər hər zaman işimizdən razı idilər.
- "Mingəçevir"dəki işinizi necə qiymətləndirirsiniz?
- Tam səmimi deyirəm. Orada işimiz çox çətin idi. İnanmıram ki, hansısa məşqçi o vəziyyətdə, o sayda oyunçu ilə komandada öhdəliyi üzərinə götürsün. Həqiqətən çətin iş idi. Bizim ilk məşqimizdə beş futbolçu var idi. Dəvət etdiyimiz oyunçuların hamısı da gənc, əvəzedici heyətdən cəlb olunmuş futbolçular idi. Bunlarla çox yaxşı iş ortaya qoyduq. "Mingəçevir" I Liqada II yarının ən yaxşı komandası oldu. Mövsümü dördüncü sırada bitirdik. 29 xal topladıq, mən gələnədək 6 xal var idi. 35 xalla 4-cü olduq. Bizdən çox irəlidə olan "Zaqatala"nı geridə qoyduq. Möhkəm və döyüşkən kollektiv yaratmışdıq. Harada olmuşamsa, həmişə bu cəhətimə görə seçilmişəm. Çünki "Mingəçevir" də döyüşkən komanda idi. "Qəbələ"dən başqa hər rəqibə qalib gəldik. Onlarla bir matçımız oldu. O da səfərdə keçirilirdi. Evdə növbəti oyumuz olsaydı, sizi inandırım məğlub olmazdıq.
- "Mingəçevir"dən sonra təklifləriniz olub?
- Hazırda işsizəm. Tam səmimi deyəcəyəm. Təkliflərim olub. Elə bir komandaya getmək istəyirəm ki, onların ambisiyası olsun. Gələcəklə bağlı plan qurulsun. "Mingəçevir"ə gedəndə də böyük planlı işlər göstərilmişdi. Məqsədli bir kluba getmək istəyirəm. Təkliflər olub, amma razılığa gələ bilməmişəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri