Icma.az
close
up
RU
Füzuli Musayev Bakıda dava salan kikboksçuları QINADI

Füzuli Musayev Bakıda dava salan kikboksçuları QINADI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib. DSX zabitinə hücum edən idmançılar  Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
İdmançıların qalmaqal yaratması cəmiyyətdə etirazlara səbəb olub. 

Modern.az mövzu ilə karate üzrə Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin fikirlərini öyrənib.

F.Musayev idmançılar arasında xoşagəlməz insidentin baş verməsindən təəssüfləndiyini vurulayıb:

“Onların hamısı tanınmış idmançılardır, gərək belə bir hadisə baş verməzdi. Bir idmançının, idman ustasının tərbiyəvi davranışı çox önəmlidir. Bir məşqçi idmançını fiziki cəhətdən hazırlaya bilər. Amma tərbiyəsi olmayan insanı fiziki olaraq hazırlaşdırmaq düzgün deyil. Bizim məqsədimiz idmançı yetişdirməkdir. İdmançılar  çempionatlarda dövləti təmsil etməklə yanaşı, fiziki və şüur cəhətdən sağlam olmalıdırlar. İndi əfsuslar olsun ki, hamıya bunu istədiyin kimi çatdıra bilmirsən”.
 

F.Musayev qeyd edib ki, hansısa məşqçinin 100 tələbəsinin hamısı eyni ola bilməz:
 

“Təəssüflər olsun ki, bəzən belə xoşagəlməz hallar baş verir. Hər şey ilk növbədə müəllimin özündən asılıdır. Müəllim idmançıya yalnız döyüşməyi deyil, həm də cəmiyyət içərisində necə davranmağı öyrətməlidir.
Bəjs olunan hadisə idmançıların adına ləkədir, heç yaxşı hal deyil. Mən davada iştirak edənləri yaxşı tanıyıram, yaxşı idmançıdırlar. Onların arasında nə olduğunu deyə bilmərəm, amma burada federasiyanı günahlandırmaq doğru deyil. Heç kəs belə halların olmayacağına qarantiya verə bilməz. Mən bu günə qədər iki kikboksçunun arasında belə narazılıq olduğunu görməmişdim. Gözləməzdim ki, eyni federasiyanın idmançıları arasında belə bir insident yaşansın. Açıq deyək, federasiyanın çox yaxşı faəliyyəti, çoxsaylı çempionları var. İnsandan insana fərq var, burada federasiyanın heç bir günahı yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri