Icma.az
close
up
RU
Füzuli səngərindən Helsinki və Vyanadakı diplomatik müstəviyə aparan yol: Minsk prosesinin sonu və münaqişənin başa çatması ŞƏRH

Füzuli səngərindən Helsinki və Vyanadakı diplomatik müstəviyə aparan yol: Minsk prosesinin sonu və münaqişənin başa çatması ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin avqustun 8-də Vaşinqton şəhərində ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanladıqları birgə müraciət əsasında, bu il sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

1992-cü il martın 24-də ovaxtkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk qrupu kimi yaradılan təsisata və prosesə sentyabrın 1-dən şəkildə son verildi. ATƏT daxili qərar qəbuletmə qaydaları çərçivəsində sükut proseduru əsasında verilən qərar əsasında ATƏT-in Minsk Prosesi və Minsk Konfransının mandatı ləğv edildi, Münaqişə üzrə fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin fəaliyyəti dayandırıldı, Yüksəksəviyyəli Planlaşdırma Qrupu bağlandı, Ermənistan-Azərbaycan münaqişəsinə dair vaxtilə qəbul olunmuş bütün ATƏT qərarları qüvvədən düşmüş elan olundu.

Beləliklə, 1988-ci ildən bəri beynəlxalq siyasi leksikonda “Ermənistan–Azərbaycan münaqişəsi” və ya “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kimi tanınan, reallıqda isə Azərbaycan torpaqlarının beynəlxalq hüquqa zidd şəkildə işğalından ibarət münaqişə de-yure olaraq sona çatdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev söyləyib.

Deputat qeyd edib ki, bu hadisə Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik strategiyası çərçivəsində, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. ATƏT Nazirlər Şurasının 2025-ci il 1 sentyabr tarixli qərarı faktiki vəziyyətin beynəlxalq müstəvidə hüquqi təsdiqi olmaqla yanaşı, regionda yeni reallıqların qəbul edildiyini də sübuta yetirir. Bu addım yalnız Ermənistan ilə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik və sülhün möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

R.Nəbiyev qeyd edib ki, ATƏT-in Baş katibi Feridun Sinirlioglu və ATƏT-in fəaliyyətdə olan sədri - Finlandiyanın xarici işlər naziri Elina Valtonen sentyabrın 1-də yaydıqları birgə mətbuat açıqlamasında “Minsk prosesinin bağlanması barədə qərarın qəbul edilməsini alqışladılar” və “Ermənistana, Azərbaycana və bütün regiona uzunmüddətli sülh və sabitlik gətirən səylərin dəstəklənməsinə öz sarsılmaz sadiqliklərini bir daha təsdiqlədilər”.

Parlamentari vurğulayıb ki, bu addımın geosiyasi və hüquqi nəticələri çoxşaxəlidir. Əvvəla, bu qərar Vətən müharibəsi əsasında yaranan faktiki vəziyyətin münaqişə ilə məşğul olmaq mandatına malik bir platformada de-yure təsdiqi deməkdir. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və əraziləri üzərində suveren nəzarətini BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatları nəticəsində bərpa edib. Füzuli istiqamətindən başlayan işğaldan azadetmə əməliyyatları Şuşanın alınması ilə strateji üstünlüyə çevrilmiş, sonrakı müddətdə isə Azərbaycanın suveren nəzarəti bütün Qarabağ və Şərqi Zəngəzur ərazilərində təmin olunmuşdur.

“ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi həm də beynəlxalq diplomatik müstəvidə mühüm dönüş nöqtəsi hesab edilə bilər. Belə ki, bu struktur uzun illər münaqişənin həlli üçün mandat daşısa da, real nəticələr əldə edə bilməmişdir. İndi isə prosesin sonu beynəlxalq hüquqi nöqteyi-nəzərdən Helsinki və Vyana şəhərlərində rəsmiləşdirildi və Ermənistan–Azərbaycan münaqişəsinin başa çatdığı rəsmən tanındı”, - deyən deputat əlavə edib ki, ABŞ, Kanada və Avropanın 55 dövlətinin dəstəyi ilə formalaşan bu yeni mərhələ, həmçinin qarşılıqlı etimad və inkişaf üçün imkanlar açır. Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsi, kommunikasiyaların bərpası və regional inteqrasiyanın gücləndirilməsi perspektivləri artıq reallığa çevrilməkdədir.

Nəticə etibarilə, ATƏT-in Minsk Prosesinə xitam verilməsi uzun illər davam edən münaqişənin başa çatmasını simvolizə edir və beynəlxalq hüququn aliliyinin təsdiqi baxımından böyük əhəmiyyət daşıyır. Bu qərar yalnız regional sabitlik üçün deyil, eləcə də daha geniş coğrafi ərazidə dayanıqlı sülhün təmin olunması yolunda mühüm diplomatik nailiyyət kimi qiymətləndirilə bilər. Beləliklə, Prezident İlham Əliyevin hərbi, siyasi və diplomatik səyləri nəticəsində və onun sülh gündəliyi əsasında başlanmış yeni mərhələ regionda davamlı sabitliyin, sülhün, əməkdaşlıq və inkişafın əsasını qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri