Icma.az
close
up
RU
Füzuli və müasir ədəbiyyat Cavanşir Yusifli

Füzuli və müasir ədəbiyyat Cavanşir Yusifli

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Cavanşir Yusiflinin yeni yazısını təqdim edir.

Füzuli və müasir poeziya haqqında birbaşa nəsə demək mümkündürmü? Klassik və müasir, modern şeir fərqli anlayışlardır, ikisinin də konteksti poeziya olsa da. Klassik mətn, poeziya mətnləri bir şairin yaradıcılığı etibarı ilə müasir şeir üçün kontekst rolunu oynayır, yaxud oynaya bilir (-!) nə yazırsan-yaz, ordan sürüşüb başqa bir cığıra keçmək mümkün deyil (bu cığırda da ciddi şəkildə duruş gətirmək çətindir...), hətta formanın ən ultramüasir növündən istifadə etdikdə o kontekstə daha sıx sarılırsan. (Klassikanı: Füzuli, Xaqani, Nəsimi, Nizami, Sarı Aşıq, Nəbati, Ələsgər, Seyid Əzim, Qurbani, Xəstə Qasım... kimi şairlərin mətnlərini daim mütaliə edən gənc yazıçı həmişə ən dərin səviyyələrdə olmağı arzular...). Bu məsələnin qoyuluşu necə olmalıdır? Əlbəttə, yanaşmanın metodu düzgün işlənməlidir. Yoxsa, Bəxtiyar Vahabzadə "Şəbi-Hicran" poemasını, Əli Kərim "Füzuliyə", Rəsul Rza "Füzuli" poemasını (Gecə-gündüz yazıb, pozduğum sözlər//sanki gül-çiçəkdir, bir uşaq yolub...), Məmməd Araz "Səba yeli" və sair şeirlərini yazıb deyə, onların mətnlərində birbaşa, yaxud dolayı təsirdən necə bəhs edə bilərik? Bəzi füzulişünaslar onun məna yaratmaq (əslində mövcud mənanı dəryanın, zülmətin dibindən çıxarmaq) hünərinə o qədər heyran olurlar ki, müasir şeirdə Füzulidən köçürmələri (tərcümələri...) axtarıb "tapırlar", onların fikrincə, müasir şeirdə hər şey Füzulidən plagiatdır. Yaxud başqa bir absurd: Füzuli yaradıcılığındakı hər bir faktı bilən şünas modern ədəbiyyatın ona inkarçı münasibətini proses kimi qavraya bilmir. Proses olan nəsnəni təkrarlamaq qeyri-mümkündür. Axundzadənin hər bir komediyasına təbdillər mümkündür və nümunələri də var. Mirzə Cəlil "Ölülər" və "Dəli yığıncağı"nda, habelə "Ər", "Anamın kitabı" və sair dramlarında mətləbi proses kimi verir, "Ölülər"də dəlilik, dəliləşmə, "Dəli Yığıncağı"nda yenə dəlilik, "Anamın kitabı" və "Dəli Yığıncağı"nda dil və dilsizlik (lalbyuz), amma nəticədə yenə dəlilik... bu konteksti, bu əsərləri təkrarlamaq, təbdil etmək mümkünsüzdür.

Füzulinin müasir poeziya və ümumən ədəbiyyata təsirini kəsilməyən, qırılmayan proses kimi qəbul etmək lazımdır. Elə bir proses ki, sən onun heç bir epizodunu "tuta" bilmirsən, sadəcə, təkanları görür, müşahidə edirsən.

Ən gözəl müasir poetik mətndə klassikadan gələn vektorların yaratdığı dalğalar müasir mətləbi o vektorlardan maksimum uzaqlaşaraq ifadə etməyə çalışır. Məsələn, Səməd Vurğunun "Düşüncələr" şeirində bu məsafə maksimum uzaqlıqda, həm də düz onun bağrının başındadır. Əhməd Cəmilin adını çəkmədiyim müharibənin "sakitliyi"ndən danışan şeirində də elə. Əli Kərimin Füzuliyə həsr etdiyi şeirin bir misrasında klassik ədəbiyyatdan gələn çox mühüm təsir, hadisə və faktların arxa plana çəkilib mənanın ifadəsi var: dünya səni qocaltdı, yaşıdın olsun deyə. Rəsul Rzanın Füzuliyə həsr etdiyi poemada bütün şeirlərindən keçən söz-möhnət Füzulinin sözü kimi təkrarlanır, klassikanın yaratdığı proses modern şeirdən məna meridianı kimi keçir.

Müasir şeir klassik prosesin məna baxımından davamından çox, eyni zamanda onu tamamlayan və ona qarşı duran nəsnədir.

Füzuli mətnləri hermetikdir, onların şəkli, forması elədir ki, yalnız bu dildə danışa bilirlər. Füzuli şeirindəki məna qovşağı yerlə göyü birləşdirir, ovcunun içində sevgilisinin çöhrəsini görmək istəyən aşiq kimi; bayatılarda olduğu kimi. Onlar da bir hava içində canlıdırlar. Professor Əhməd Cəfəroğlunun tərcüməsində 75 Azərbaycan bayatısı keçən əsrin 30-cu illərində alman dilində çap edilir. Amma bunların heç biri uğurlu alınmır. Bayatı yaddaş şifrəsidur; Füzuli qəzəlləri də. Müasir şeirdə bu yaddaşın izlərini görmək bəzən mümkündür.

Məmməd Araz şeirində duruşuyla, səsiylə, təmkini, hamıdan gizlətdiyi kövrəkliyi ilə bağlı nələrsə var, bunlar olmasa, o şeirlərin divarı uçub dağılar, o, Füzulinin söz qəzəlindən gəlir: ver sözə əhya ki tutduqca səni xabi əcəl...

Onun poetik yaddaşı bu sözlərlə başlayır, davam edir, ürəkləri riqqətə gətirir, onun Füzuli haqqında şeiri var, nə açar kimsə qapım badi-səbadan qeyri, nə yanar kimsə mənə atəşi dildən özgə. Bu dediklərimiz kimisə kiməsə tutdu-tutmadı, bənzətmək deyil, Məmməd Arazın sövq-təbii hər vurğusunda Füzuliyə köklənməsinin işarəsidir. Onun ədəbi nəslində Füzuli aşkarlayıcı rol oynayır, həm də katarsis: dünya səni qocaltdı, yaşıdın olsun deyə...

Rasim Balayevin ailəsində ağır itki Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir? Sənət haqqında - Pol Valeri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri