Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Füzulidə eyni gündə torpağa tapşırılan altı şəhidin xatirəsi anılıb

Füzulidə eyni gündə torpağa tapşırılan altı şəhidin xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Hər birinin amalı və məqsədi bir idi - Vətən torpaqlarının azad edilməsi. Bu məqsədlə silaha sarılaraq canlarını Vətən uğrunda fəda etdilər və bir amal uğrunda şəhadətə ucaldılar. Füzulidən olan və sentyabrın 29-da torpağa tapşırılan 6 şəhidin hər birinin məzarı ziyarət olunub, onların şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.

***

Şəhid Məmmədov Fikrət Sulduz oğlu 1982-ci il yanvarın 20-də Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya göz açıb. Tankçı olan Fikrətin ilk döyüş yolu 2016-cı ildə Lələtəpədə olub. 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azadlığı uğrunda başlanan döyüşlərə qatılan Fikrət, Füzuli və Cəbrayıl istiqamətindəki hərbi əməliyyatlarda tankı ilə öndə gedərək erməni ordusunun müqavimətini yarıb. Cənub istiqamətində gedən döyüşlərdə onun tankı düşmən tərəfindən vurulub. Sentyabrın 28-də Fikrət şəhidlik zirvəsinə ucalaraq müharibənin ilk şəhidləri sırasına daxil olub. Füzuli rayon Kürdmahmudlu kənd qəbiristanlığında dəfn olunmuşdur. Fikrət Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Şəhid Hüseynov Sərhəd Fərhad oğlu isə 1996-cı il aprelin 21-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində dünyaya göz açıb. Kiçik yaşlarından hərbçi olmaq istəyən Sərhəd 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb. Vətən müharibəsi başlayan gündən döyüşlərə qoşulan Sərhəd Füzuli istiqamətində gedən müharibədə iştirak edib. Gərgin döyüşlərdə düşmənə ağır zərbələr endirməsində şücaəti ilə seçilib. Sentyabrın 29-da iki yaralı yoldaşını xilas edən Sərhəd, üçüncü yaralı silahdaşını atəş altından çıxararkən düşmən tərəfindən açılan snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Sərhəd Hüseynov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayan Elməddin vətənpərvərliyi ilə seçilib. Gələcəkdə hərbçi olmaq onun ən böyük arzusu olub. Elməddin güləş idman növü üzrə uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə də sevinclə yola düşən Elməddin xidmətini ön cəbhədə yerinə yetirib. Hərbiyə marağı olduğu üçün Bədəlov müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanıb. Vətən müharibəsində bir çox tapşırıqların uğurlu yerinə yetirilməsində fəallıq göstərib. O, kəşfiyyatçı kimi düşmən arxasına keçərək təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib və sentyabrın 29-da şəhid olub. Elməddin Bədəlov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Şəhid Əsədov Anar Rafiq oğlu 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından gələcəyin hərbçisi olmaq arzusu ilə boya-başa çatıb. 2001-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Vətənə borcunu layiqincə yerinə yetirən Anar xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışsa da yenidən könüllü olaraq “N” saylı hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi qayıdıb. Vətən müharibəsi başlanan tarixdən ön cəbhədə xüsusi şücaəti ilə seçilib, qorxu bilmədən həmişə öndə gedərək düşmənin atəş nöqtələrini susdurub. Cəbhənin yarılmasında və döyüşün ilk günündə azad olunan ərazilərin alınmasında Anarın da payı olub. Müharibənin ikinci günü Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında Anar qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, doğulub boya-başa çatdığı rayonun Kərimbəyli kənd qəbiristanlığında dəfn edilib. Anar Əsədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, Anar Əsədovun 4 övladı yadigar qalıb.

***

Əliyev Rəfail Oruc oğlu 1984-cü il mayın 24-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanıb və xidmətini müvəffəqiyyətlə bitirib. 2016-cı ildə Aprel döyüşlərindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılıb. Hərbidə göstərdiyi xidmətlərə görə, çavuş rütbəsinə kimi yüksəlib və kəşfiyyatçı olaraq Vətənin keşiyində dayanıb.

Rəfail Əliyev Vətən müharibəsində fəal iştirak edib və torpaqlarımızın azad olunması uğrunda xüsusi şücaəti ilə seçilib. Düşmənin bir çox canlı qüvvəsini məhv edərək ön cəbhənin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksəlib. Horadiz şəhər qəbiristanlığında dəfn olunub. Rəfail Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhid Rəfail Əliyevin iki qız övladı yadigar qalıb.

***

Şəhid Baxşəliyev Araz Yavər oğlu 1993-cü il sentyabrın 18-də Füzuli rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvər ruhda boya-başa çatan Araz gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Araz xidməti bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. İlk döyüş yolu Aprel qələbəsindən başlayıb. Qəhrəmanlığı və qorxmazlığı ilə seçilib. Vətən müharibəsi zamanı döyüşlər başlayan ilk gündən Füzuli istiqamətində düşmən təxribatının qarşısının alınmasında şücaət göstərib. Verilən tapşırıqların öhdəsindən layiqincə gələn Araz düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində də fəal iştirak edib. Cəbhənin yarılmasında və 30 illik işğalda qalan ərazilərin azad olunmasında onun da payı olub. Araz döyüşlərin ikinci günündə Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib. Araz Baxşəliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşcü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri