Icma.az
close
up
RU
Şəhid rəssamın ömür tablosu

Şəhid rəssamın ömür tablosu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Abşeron rayonunda Vətən müharibəsi şəhidi Rauf İbadovun adına nəşr olunan “Haqq rəssamı” adlı kitabın təqdimat mərasiminə məni onun atası Məhərrəm kişi dəvət eləmişdi. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində reallaşan tədbirdən yetərincə qeydlərim olsa da, yazımı bir qədər gec, yəni Silahlı Qüvvələr Günü üçün hazırlamağı qərara aldım.

Anım və təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar və mədəniyyət xadimləri iştirak ediblər. Rayon rəhbəri Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, Rauf İbadov kimi şəhidlərin Vətən naminə canından keçməsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edib. O, çıxışında şəhidlərin qanı bahasına əldə edilən Zəfərin əbədiləşdirilməsinin və onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb. Şəhid rəssamın istedadından danışıb. 

Mərasim zamanı şəhid Rauf İbadovun döyüş yolunu və qəhrəmanlığını əks etdirən videoçarx nümayiş etdirilib. Kadrlarda onun cəbhədə göstərdiyi igidlik, əsgər və zabit yoldaşlarının onun haqqında söylədikləri fikirlər, həmçinin ailəsinin duyğularına geniş yer verilib. Eləcə də şəhidin adına çıxarılan “Haqq rəssamı” kitabından bəhs olunub. Üzqabığında verilmiş şəkildə Rauf üçrəngli, Ay-ulduzlu Azərbaycan bayrağı önündə əlində fırça öz aləminə qapılmış halda təsvir olunub. Baxdıqca düşünürük ki, əgər müharibə olmasaydı, indi o, yaradıcı təxəyyülünün məhsulu olan rəsmləri ilə sərgi salonlarını, muzey ekspozisiyalarını daha dolğun bəzəyəcəkdi. Bu sahədəki ilk uğurları belə deməyə əsas verirdi. Onun rəsmlərində Qarabağın azadlığına çağırış ruhu güclü idi. Sosial şəbəkələrdə yazdığı aforizmlərində də bu, özünü göstərirdi.

Rauf İbadov 1996-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Oradakı Azim Müzəffərov adına 2 saylı orta məktəbdə təhsil alıb. Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat-texnologiya fakultəsini bitirib. 2017–2018-ci illərdə hərbi xidmətdə olub. İstedadlı rəssam kimi tanınmağa başlayıb. Ancaq 2020-ci ilin Tovuz döyüşlərindən, general Polad Həşimovun şəhadətindən sonra qəlbinin hökmü ilə fırçasını silahla əvəz etməyi qərara alıb və hərbi komissarlığa ərizə verib. Vətən müharibəsi başlananda orduya çağrılan Rauf buna çox sevinərək, ilk gündən döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində igidliklər göstərib. Dəfələrlə yaralı yoldaşlarını döyüş meydanından çıxarıb, onların qisasını da düşməndən artıqlaması ilə alıb.

Bir gecə Hadrutdakı meşəlikdə bütün heyətlə mühasirəyə düşür və 6 şəhid veriblər. Rauf onlardan birinin cəsədini çiyninə alaraq, 20 kilometrlik məsafədəki arxa posta çatdırıb. Səhərə yaxın qayıdıb öz mövqeyinə çatıb, komandirlərinə söz verib ki, bu qisası yerdə qoymayacaq və şəxsən özü gedib düşmən postunu alacaq. Tezliklə vədinə əməl edib və gizir rütbəsinə yüksəlib.

Sonra onun tərkibində vuruşduğu hərbi hissə Laçına göndərilib. Oktyabrın 23-də Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı Rauf əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub. Onun nəşi neçə gün neytral ərazidə qalıb və yalnız qısa atəşkəs zamanı oradan çıxarılıb. Oktyabrın 30-da Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Rauf İbadov “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Sarayda onun adını daşıyan küçədə şəhid bulağı yaradılıb. Bu qəsəbədə yerləşən 2 məktəbin müxtəlif siniflərinə, eləcə də Laçın rayon 5 saylı orta məktəbin siniflərindən birinə Rauf İbadovun adı verilib. Masazırda yerləşən uşaq bağçası və bir vaxtlar çalışdığı diş klinikası da onun adını daşıyır. Bakıda, Sumqayıtda bir çox rəsm sərgilərində Raufun əsərləri nümayiş olunur. Onun qanla yazdığı ömür kitabı belə səhifələrlə zəngindir. “Haqq rəssamı” kitabının nüsxələrini əldə edənlərin onu elə həmin gün oxuyub qürur duyduqlarına tam əminik... 

Daha sonra mərasimdə çıxış edənlər – “Şərəf və “Şöhrət” ordenli şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, şəhidin atası Məhərrəm İbadov və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova Rauf kimi qəhrəmanlarımızın haqqında ürək sözlərini bölüşüblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən igid övladlarımızın daim yaddaşlarda yaşayacağını bildiriblər. 

Digər çıxış edənlər də 44 günlük Vətən müharibəsində Azərbaycanın göstərdiyi rəşadətdən və qazandığı tarixi Qələbədən bəhs ediblər. Onlar deyiblər ki, bu Qələbə məhz şəhidlərin fədakarlığı və ordumuzun şücaəti sayəsində mümkün olub. 

Mərasimin sonunda da çox kövrək, emosional anlar yaşanıb. Belə ki, iştirakçılar şəhid Rəhim Hüseynovun oğlu Fikrət Hüseynovun, şəhid Elsevər Paşayevin qızı Nəzrin Paşayevanın və şəhid Azər Salamanovun anası Zahidə xanımın doğum günlərini sidq-ürəklə təbrik ediblər. Onlara gül dəstələri təqdim olunub, şəhid ailələrinə göstərilən mənəvi dəstəyin daha bir nümunəsi sərgilənib. Eyni zamanda, tədbirdə iştirak edənlər şəhid Əli Ələkbərovun övladlarına Türkiyədə keçirilən olimpiadalarda qazanmış olduqları qızıl medal münasibətilə təbriklərini ünvanlayıblar. Bu uğurlar şəhid ailələrinin həm mənəvi, həm də fiziki dayanıqlığının göstəricisi kimi qiymətləndirilib. 

Beləcə, Abşeronda şəhidlərimizin əziz xatirəsinə, gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə olan daha bir tədbir yaddaşlara yazılıb. 

Ə.ƏLİYEV 
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri