G20 mühüm faydalı qazıntıların qorunmasına çağırır
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
G20 ölkələri mühüm faydalı qazıntıları tək tərəfli ticarət tədbirlərinə qarşı daha güclü şəkildə qorumağa çağırıb.
Banco.az xəbər verir ki, “Bloomberg News” tərəfindən görülən sənəd layihəsində vurğulanır ki, mühüm faydalı qazıntıların təchizat zəncirləri geosiyasi gərginliklər, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olmayan tək tərəfli ticarət tədbirləri, pandemiyalar və ya təbii fəlakətlər səbəbilə yarana biləcək kəsintilərə qarşı dayanıqlı olmalıdır.
Bu ifadə ABŞ Prezidenti Donald Tramp dövründəki ticarət müharibəsi zamanı Çinin genişmiqyaslı ixrac məhdudiyyətlərinə dolayı istinad kimi qiymətləndirilir.
Sənəd ötən il Braziliyadakı zirvədə yalnız bir cümlə ilə qeyd olunan mühüm faydalı qazıntılar mövzusuna bu il dörd bəndlik xüsusi bir bölmə ayırır. Bu bölmədə sözügedən ehtiyatların “rifah və davamlı inkişafın bir elementi halına gətirilməsini” hədəfləyən bir plan da yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 Noyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















