G7 ölkələrinin xarici işlər nazirləri İtaliyaya toplaşıblar AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 26 noyabr, AZƏRTAC
İtaliyada “Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, İtaliyanın G7-yə sədrliyi çərçivəsində baş tutan görüşdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri və Avropa İttifaqının ali nümayəndəsi iştirak edirlər. Toplantıda qlobal miqyasda təhlükəsizlik məsələləri, münaqişə zonalarındakı vəziyyət və Yaxın Şərqlə artan gərginliklə bağlı müzakirələr aparılır.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani jurnalistlərə açıqlamasında ölkəsinin Ukraynaya hərbçi göndərməyəcəyini bildirib. Nazir, həmçinin Livanda BMT-nin sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya hücumları pisləyib, Livanda atəşkəsin vacibliyini qeyd edib.
G7 xarici işlər nazirlərinin görüşündə bəyannamə qəbul olunacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 26 Noyabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















