GƏC in üzvü: Bütün bunlar əlilliyi olan şəxslər üçün nəqliyyat infrastrukturunun əlçatanlığını artırır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 dekabr, Günel Türksoy, foto İlqar Cəfərov AZƏRTAC
Əgər əlilliyi olan şəxslərin problemlərinə uzunmüddətli perspektivdən nəzər salsaq, ölkəmizdə bu sahədə irəliləyişlərin olduğunu qeyd etməliyəm. Mənim 4 il Amerika Birləşmiş Ştatlarında, ondan əvvəl Almaniyada və Türkiyədə uzunmüddətli təhsil və həyat təcrübəm olub. Orada insanlar, infrastruktur və ümumilikdə yanaşmalar fərqli idi. Biz istəyirik ki, həmin baxış bucağı ölkəmizdə də olsun. İnfrastrukturlardan istifadə edərək, müstəqil həyat tərzi yaşamaq mümkün olsun. Bu sahədə dəyişiklikləri artıq görürəm. Məsələn, metrolarda sarı zolaqlar var ki, görmə məhdudiyyəti olan şəxslər həmin zolaqları ayaqlarının altında hiss edərək yolu tapa bilirlər. Şəhərin müxtəlif yerlərində səsli işıq sistemləri quraşdırılıb ki, görmə məhdudiyyəti olan insanlar tək hərəkət edərkən dayanma və keçmə vaxtlarını anlasınlar. Bundan əlavə, pilot layihələr çərçivəsində dayanacaqlarda avtobusların gəlmə vaxtını göstərən cihazlar quraşdırılır və bunlar səsli formada məlumat verir. Bütün bunlar əlilliyi olan şəxslər üçün nəqliyyat infrastrukturunun əlçatanlığını artırır.
Bunu AZƏRTAC-a açıqlamasında Gözdən Əlillər Cəmiyyətinin (GƏC) üzvü Elman Süleymanov deyib.
O qeyd edib ki, əlil arabaları üçün yerlərdə və ya dar girişli binalarda liftlər və panduslar quraşdırılır: “Bu gün vəziyyət xeyli yaxşılaşıb. Hazırda mən WUF-13 Əməliyyat Şirkətinin üzvüyəm. Biz bu çərçivədə paytaxtdakı obyektləri və məkanları qiymətləndiririk ki, əlilliyi olan insanlar üçün əlçatanlıq artırılsın. Bu, həm ölkə sakinləri, həm də buraya gələn qonaqlar üçün çox önəmlidir. Biz göstərməliyik ki, bu məkanlar hər kəs üçün rahat və əlçatandır. Yəni bir dəfə əldə edilən nailiyyət yox olmur, növbəti tədbirlər üçün əsas kimi qalır. Beləliklə, gələcəkdə Bakı əlilliyi olan şəxslər üçün tam əlçatan bir şəhər olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Dekabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















