Icma.az
close
up
RU
Gec saatlara qədər işləyirsiniz? Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həddindən artıq iş, daimi gərginlik və vaxt çatışmazlığı bir çox insanın gündəlik həyatının adi hissəsinə çevrilib. 
Bizim.Media xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, yeni araşdırma uzun iş saatları ilə müxtəlif ölkələrdə onilliklər ərzində daha yüksək piylənmə səviyyəsi arasında əlaqə olduğunu üzə çıxarıb. Bu nəticələr iş şəraitinin sağlamlığımıza nə dərəcədə təsir etdiyini bir daha gündəmə gətirir.
Professor Ron Qoldmanın sözlərinə görə, araşdırmanın nəticələri onun gündəlik qəbul zamanı müşahidə etdiklərini əks etdirir:
“Bu araşdırma təsdiqləyir ki, piylənmə yalnız insanın şəxsi seçimlərinin nəticəsi deyil. Yaşama və işləmə tərzimiz də buna təsir göstərir”.
Qoldman uzun iş saatları ilə çəki artımı arasındakı əlaqənin əsas səbəblərindən birinin “vaxt çatışmazlığı” olduğunu qeyd edib. Günün böyük hissəsi işə və gündəlik qayğılara sərf olunduqda evdə yemək hazırlamaq, fiziki aktivliklə məşğul olmaq, dincəlmək və normal yatmaq üçün daha az vaxt qalır.
Həkimin sözlərinə görə, vaxt sağlamlıq üçün digər resurslar qədər vacibdir. Normal çəkini qorumaq üçün insanlara yemək hazırlamağa, fiziki aktivliyə, yuxuya və istirahətə vaxt lazımdır.
Bu imkanlar məhdudlaşdıqda sağlam həyat tərzini qorumaq çətinləşir.
Bununla yanaşı, stress də çəkiyə nəzarətdə mühüm rol oynayır. Daimi iş yükü və gərginlik iştahanın artması və xüsusilə qarın nahiyəsində piy yığılması ilə əlaqəli olan kortizol hormonunun səviyyəsini yüksəldə bilər. Eyni zamanda, yuxu çatışmazlığı və uzun müddət oturaq vəziyyətdə qalmaq aclıq və toxluq hissini tənzimləyən mexanizmləri poza, çəki artımı riskini yüksəldə bilər.
Qoldman bildirib ki, bir çox pasiyenti sağlam həyat tərzi sürmək istəsə də, gündəlik iş yükü səbəbindən bunu həyata keçirməkdə çətinlik çəkir:
“Pasiyentlərimdən ən çox eşitdiyim şikayətlərdən biri vaxt çatışmazlığıdır. İnsanların idmanla məşğul olmağa, normal yemək hazırlamağa, hətta dincəlməyə belə vaxtı qalmır”.
Bununla belə, o, araşdırmanın uzun iş saatları ilə piylənmə arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini qeyd edib. Çox işləyən hər kəsin artıq çəki problemi ilə üzləşəcəyi demək deyil. Lakin bununla əlaqəli həyat şəraiti belə bir riskin artmasına səbəb ola bilər.
Həkim problemin sosial tərəfinə də diqqət çəkib. Onun sözlərinə görə, kifayət qədər gəliri olan insanlar bəzən daha keyfiyyətli qidalanmaq, fiziki aktivliyə vaxt ayırmaq və ev işlərində kömək almaq imkanına malik olurlar. Digərləri üçün isə daimi vaxt çatışmazlığı həyat tərzini müəyyən edən əsas amilə çevrilir.
 

Qoldmanın fikrincə, araşdırmanın nəticələri piylənmənin bioloji, sosial və davranış amillərinin, eləcə də ətraf mühitin təsirindən yaranan mürəkkəb xəstəlik olması ilə bağlı müasir tibbi yanaşmanı təsdiqləyir. Buna görə də sağlamlığın qorunması yalnız insanın öz məsuliyyəti deyil, həm də işəgötürənlərin və qərar qəbul edən şəxslərin üzərinə düşən vəzifədir.


İş şəraitində dəyişikliklərlə yanaşı, həkim sıx qrafikdə belə qoruyub saxlamaq mümkün olan kiçik vərdişlərə diqqət yetirməyi tövsiyə edib. Keyfiyyətli yuxu, iş günü ərzində qısa hərəkət fasilələri və sağlam yeməklərin əvvəlcədən hazırlanması uzunmüddətli perspektivdə sağlamlığın qorunmasına kömək edə bilər.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2026 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri