Icma.az
close
up
RU
Gec tez raketlərimiz tükənəcək... Ukrayna əsgərləri çətin durumda

Gec tez raketlərimiz tükənəcək... Ukrayna əsgərləri çətin durumda

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna hələ də müəyyən kəşfiyyat məlumatları alır. Bu m'lumatlar Kiyevə Rusiyanın növbəti hücumu barədə xəbərdarlıq etməyə kifayət edir. Lakin ABŞ-ın dəstəyi olmadan şəhərləri və yaşayış məntəqələrini müdafiə etmək daha çətin olacaq.

Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya ABŞ administrasiyasının silah tədarükünü dayandırmasından maksimum istifadə edir.

Rusiya hər gün Kiyevə və digər şəhərlərə onlarla raket və pilotsuz uçuş aparatı (PUA) göndərir. Ukraynalı əsgərlər hər gecə bu hücumları dəf etməyə çalışırlar.

Ukrayna Hava Hücumundan Müdafiə Mərkəzi Komandanlığının əsgəri Aleksandr prezident Trampın silah və kəşfiyyat dəstəyini dayandırmasından narahatdır. O bildirir ki, ABŞ-ın dəstəyinə ümid edirdilər, amma yardım tamamilə kəsilsə, əllərində olan imkanlarla mübarizəni davam etdirəcəklər.

Onun komandası köhnə sovet istehsalı raketlərdən və iriçaplı pulemyotlardan istifadə edir. Bu silahlar yavaş hərəkət edən Rusiya PUA-larına qarşı effektivdir. Son həftəsonu onlar iki PUA-nı vurmağa müvəffəq olublar.

Bununla belə, Ukrayna ordusunun daha mürəkkəb hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. ABŞ istehsalı olan Patriot sistemləri Rusiyanın ballistik raketlərini məhv edə bilən azsaylı vasitələrdəndir. 

Lakin Ukraynanın əsas narahatlığı Patriot sistemləri üçün raket ehtiyatlarının tükənməsidir. Mobil hava hücumundan müdafiə bölməsinin komandiri Yurislav ABŞ-nin qərarının Ukraynanı çətin vəziyyətə salacağını bildirir. Hələ ki, bu təsir hiss olunmasa da, tezliklə ciddi problemlərin ortaya çıxacağı gözlənilir. "Hələ bunu hiss etməmişik, amma düşünürəm ki, hiss edəcəyik. Gec-tez bizim raketlərimiz tükənəcək".

Ukrayna hələ də Trampın qərarını dəyişəcəyinə ümid edir. Lakin bu baş verməsə belə, Kiyev anlayır ki, artıq ABŞ-ın dəstəyinə həmişə arxalana bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri