Icma.az
close
up
RU
Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?

Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yuxunun insan orqanizmi üçün əhəmiyyəti bəllidir. Uzun müddət qidasız yaşaya bilən insan çox az zaman yuxusuz qala bilir.

Yuxunun az məlum, lakin çox önəmli təsiri - QLİMFATİK SİSTEMdir. (Glymphatic system).

Nədir qlimfatik sistem?

İnsan beyni – metabolik aktiv orqandır, burada fasiləsiz milyardlarla biokimyəvi reaksiyalar baş verir və xeyli miqdarda metabolit, yəni tullantı maddə əmələ gəlir. Bu metabolitlərin hansı yolla xaric edilməsi uzun illər alimlərin mübahisə mövzusu olub. Belə ki, beyin toxumasında limfa damarları yoxdur, qan damarları isə hematoensefalik baryer hesabına bir çox maddələr üçün keçirici deyil. Belə olan halda beyin necə təmizlənir?

Tədqiqatlarla məlum olub ki, qan damarları ətrafında qliya adlı hüceylərər yerləşir. Damar divarı ilə bu hüceyrənin divarı arasındakı məsafə onurğa beyin mayesi ilə dolub, paravaskulyar sahə əmələ gətirir. Arterial paravaskulyar sahədən keçib beyin toxumasında işlənmiş maddələri toplayan beyin mayesi daha sonra venoz paravaskulyar sahəyə daxil olur və oradan beyin toxumasını tərk edərək beyin qabığında yerləşən limfa damarlarına axıb xaric edilir. Beləliklə, ümumən orqanizmdə limfatik sistem ilə toksinlərin təmizlənmə prosesi beyində QLİMFATİK (qliya+limfa) sistem adı almış bu mexanizm vasitəsilə həyata keçirilir. Bəs bu prosesin yuxu ilə nə əlaqəsi? Məsələ burasındadır ki, Qlimfatik sistem gecə yuxusunda, məhz onun ləng fazasında aktivləşir. İki fotonlu elektron mikroskopiya ilə aparılan tədqiqatlar göstərmişdir ki, yuxu zamanı bu sistem 90% aktivləşir, paravaskulyar boşluq və hüceyrələr arasındakı sahə genişlənir ki, bu da onların arasında mayenin axınını asanlaşdırır.

Beləliklə, gecə yuxusunun mühüm funksiyalarından biri də - beynin drenaj-detoksikasiya funksiyasını işə salmaqdır.

Müasir insanda sirkad ritmlərin, yuxunun, onun fazalarının pozulması çox müşahidə olunur. Gecə -gündüz rejiminin kobud pozulması, işıq və səs toksinləri, gec və yanlış qida və maye qəbulu, kimyəvi sakitləşdiricilər səbəbindən keyfiyyətsiz yuxu qlimfatik sistemin mükəmməl çalışmasını əngəlləyir və işlənmiş qalıqların beyin toxumasında toplanıb sinir sistemini zədələməsinə şərait yaradır. Alsheymer, Parkinson və s neyrodegenerativ xəstəliklərin mühüm səbəbi kimi hazırda qlimfatik sistemin yarıtmaz fəaliyyəti hesab edilir.

Qlimfatik sistemin mükəmməl çalışması üçün mükəmməl yuxunu təmin etmək lazımdır. Bu məqsəd üçün Neurexan preparatı uğurlu seçimdir. Neurexan məhz sirkad ritmləri tənzimləyərək, fizioloji yuxunu bərpa edir. Beləliklə, Neurexan, qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır, bununla da tək simptomatik sakitləşdirici preparat kimi deyil, bir çox sinir xəstəliklərinin müalicə və profilaktikasında uğurla tətbiq oluna bilər.

Neurexanla insan gecə yaxşı yatır, gündüz isə gümrah olur. Almaniya istehsalı, təbii tərkibli biotənzimləyici Neurexan preparatı - asılılıq, gündüz yuxululuq yaratmır; elektrik dəzgahlarında çalışanlar, avtomobil idarə edənlər rahat istifadə edə bilər. Uzun müddət istifadəsi təhlükəsizdir. Hər yaşda təyin oluna bilər./medicina.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri