Icma.az
close
up
RU
Gecikmiş təbrik və Təşəkkür Fidan Malik yazır

Gecikmiş təbrik və Təşəkkür Fidan Malik yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fidan MALİK

Yaxın günlərdə Rəşad Məcidin "Beyin çürüməsi" adlı status-yazısı qarşıma çıxdı. Oxudum. Oxumaya bilməzdim. Yazı sahibinin özünə rəğbətin varsa, qələmindən əminsənsə, "yazıbsa, bir bildiyi var" deyib biganə qala bilmirsən. Oxumaya bilməzdim, çünki yazının başlığı və elə ilk cümlələri zəif damarımdan vurdu. Əvvəlcə yazını sizə təqdim etmək istəyirəm. Oxumanızda fayda var. Çünki həmin yazı bir zaman, hətta indidən belə bizim aqibətimiz ola bilər. Oxuduqdan sonra isə sizi də mənim kimi təsiri altına alarsa, sonra da bir-iki kəlmə yazının sonluğuna nəzər yetirərsiniz.

"Beyin çürüməsi

Son vaxtlaracan 85 yaşlı anam hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna TikTok proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur.

Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə TikTok-un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır.

Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq - primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar...

İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq?

Türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır - nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!

Bəs neyləməli?

Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin, mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı?

Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?

Rəşad Məcid"

Yazını oxuyan kimi çönüb anama baxdım. Üzümdə zaman-zaman anama dediklərimdə haqlı olduğumun ifadəsi ilə ona yaxınlaşdım. Telefonu əlindən sakitcə almaq istədim. Amma o mənə sözsüz ki, ram olmadı. "Daha özü bilər, böyük insandır, zorla baxma, deyə qadağan edə bilmərəm ki", düşüncəsi ilə işimə-gücümə davam etdim. Yazı isə günlərlə beynimdə dönür-dolaşırdı. Anam gündəlik rutin işlərindən vaxt tapdıqca yenə də TikToka baxırdı. Mən də ara-sıra bir kəlmə ilə müdaxilə edir, o da balaca uşaq kimi - "baxmıram ki, indi açdım, ya da başqa nəyə baxım?" - deyə məndən can qurtarmağa çalışırdı.

Bəli, "balaca uşaq" kimi. Bu səhər bir anlıq anama baxanda anladım ki, zamanla həqiqətən də bizlər valideynlərimizlə yerimizi dəyişirik. Onlar olur uşaq, biz isə onların valideyni. Bunu nə qədər inkar etsək də, bu, təbiətin danılmaz həqiqətidir. Balaca uşaqlarımızı başlı-başına, diqqətsiz buraxsaq, başlarını faydalı məşğələlərlə qatmasaq, onlara sevdiyimizi bildirməsək, nə olar? Vaxtları səmərəsiz hədər olar, ziyanlı vərdişlərə meyillənərlər, başqa insanlarda o sevgini axtararlar. Bax, eynilə də ruhən körpələşmiş bu dəymədüşər böyüklərimizi də başlı-başına, sevgimizdən məhrum buraxdığımız andan etibarən həyatlarına tək həmdəmləri olan telefon daxil olur və ətrafı o telefondan gələn qarmaqarışıq səslərlə qıcıq edən bir varlığa çevrilirlər.

Mənimlə razılaşanlar da olacaq, "nəylərini əskik edirəm, lap yaxşı da baxıram", deyib yazılanları qulaqardına vuranlar da... Doğrudur, ən yaxşı övlad olduğumuz halda heç bir şeylərini əskik etmirik, tək vacib olan bir şeydən başqa. Onlarla keçirə biləcəyimiz zamandan. Bunu nə qədər tez anlasaq, o qədər yaxşıdır. Çünki zaman hər iki tərəfin ziyanına elə tez gedir ki, bir gün evdən o səsin kəsildiyi an, məhz o an başa düşürük ki, əslində onlardan çox, bizim onlarla keçirə biləcəyimiz o zamana daha çox ehtiyacımız var imiş...

Rəşad Məcid! Əziz müəllimimiz! Gec də olsa, doğum gününüz mübarək! Çox gec-gec yazı yazan bu tənbəl şagirdinizə hər zaman "525-ci qəzet"in sinif otağına daxil olmağa icazə verdiyiniz üçün Sizə təşəkkür edirəm. O otaqda hər zaman Rəşad Məcidin olması diləyilə, sözün əsl mənasında, nə yaxşı ki, varsınız!

Sizə "Beyin çürüməsi" yazınız üçün isə sonsuz təşəkkür edirəm! Onu Məcnun sevgisilə sevən atamın uzun zamandır xiffətini çəkən ruhən uşaqlaşmış anamın o gözəl üzünə bambaşqa gözlə, artıq övladı yox, onun anası gözü ilə baxdım. Məni qəflət yuxusundan oyatdınız...

Oyananda isə gördüm ki, saatın əqrəbləri çox sürətlə gedirmiş. Tik-tak, tik-tak, tik-tak...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Sentyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri