Icma.az
close
up
RU
Gediş haqqının 1 manata qədər artırılması əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərəcək Famil Niftiyev

Gediş haqqının 1 manata qədər artırılması əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərəcək Famil Niftiyev

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə və bəzi media orqanlarında ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar dərc olunur. Gedişhaqqının 40-50 qəpik artırılaraq 1 manat olacağı bildirilir.

Rəsmi qurumlar məlumatı nə təsdiq, nə də təkzib ediblər.

“Hazırda ictimai nəqliyyatda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb. Lakin iqtisadi reallıqlara nəzər salsaq, belə müzakirələrin gündəmə gəlməsi müəyyən dərəcədə əsaslı görünür”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Famil Niftiyev ictimai nəqliyyatda gedişhaqqının artırılıb artırılmayacağına münasibət bildirərkən deyib.

“Son illərdə nəqliyyat sektorunda əsas xərclər yanacaq, texniki xidmət, ehtiyat hissələri və işçi qüvvəsi xərcləri əhəmiyyətli dərəcədə artıb ki, bu da tarif siyasətinə təzyiq yaradır və iqtisadi baxımdan başa düşüləndir.

Eyni zamanda ictimai nəqliyyat kütləvi istifadə olunan xidmət sahəsi olduğundan, gediş haqqının 50–55 qəpikdən 1 manata qədər artırılması əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərəcək. Xüsusilə aşağı və orta gəlirli ailələr üçün bu, əlavə maliyyə yükü deməkdir, çünki onların aylıq gəlirlərinin əhəmiyyətli hissəsi ərzaq və kommunal xərclərə yönəlir. Tələbələr, gündəlik işləyən fəhlələr, müəllimlər, həkimlər və digər sabit, lakin nisbətən aşağı gəlirli təbəqələr də daha çox zərər görəcək, çünki onlar ictimai nəqliyyatdan daimi istifadə edirlər”.

İqtisadçı ekspert vurğulayıb ki, sadəcə gediş haqqının artırılması ictimaiyyət tərəfindən mənfi qarşılanacaq:

“İqtisadi baxımdan belə bir artım, dövlətin sosial siyasəti ilə uyğunlaşdırılmadığı halda, əhalinin alıcılıq qabiliyyətini azalda və digər istehlak xərclərinə mənfi təsir göstərə bilər. Lakin əgər tarif dəyişikliyi paralel olaraq güzəştli mexanizmlərlə tələbələr və sosial həssas qruplar üçün endirimlər, aylıq kart sistemləri və s. müşayiət olunarsa, təsirləri müəyyən qədər yumşaltmaq mümkündür.

Bundan əlavə, qiymət artımı ilə paralel olaraq xidmət keyfiyyətinin yüksəldilməsi, avtobus parkının yenilənməsi, sürücülərin əməyinin stimullaşdırılması və sərnişinlərin komfortunun təmin olunması vacibdir. Əks halda, sadəcə gediş haqqının artırılması ictimaiyyət tərəfindən mənfi qarşılanacaq.

İndiki mərhələdə ən doğru yanaşma budur: rəsmi qurumlar mövqelərini açıqlayana qədər məsələni təsdiqlənmiş fakt kimi qəbul etmək düzgün deyil. Lakin iqtisadi şərtlər göstərir ki, gələcəkdə tarif məsələsinin gündəmə gəlməsi istisna deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri