Icma.az
close
up
RU
“Rialın dəyərsizləşməsi nəticəsində Azərbaycan məhsullarının İran bazarında qiyməti bahalaşır” Famil Niftiyev

“Rialın dəyərsizləşməsi nəticəsində Azərbaycan məhsullarının İran bazarında qiyməti bahalaşır” Famil Niftiyev

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda dolların məzənnəsi rekord həddə bahalaşaraq 95 min tüməni ötüb. Bu vəziyyətin Azərbaycanla sərhəd bölgələrində (Masallı, Lənkəran, Biləsuvar və s.) ticarət münasibətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı Gununsesi.info – ya danışan iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, İranda dollar məzənnəsinin rekord həddə bahalaşması əslində milli valyutanın, rialın kəskin dəyər itirməsi ilə bağlıdır:

 Rialın ucuzlaşması ölkənin ümumi iqtisadi göstəricilərinə, xüsusilə də xarici ticarətinə ciddi təsir edir. Azərbaycanla sərhəd bölgələrində – Astara, Lerik, Lənkəran, Masallı və Cəlilabadda mövcud olan iqtisadi əlaqələr də bu prosesdən kənarda qala bilməz.

Rialın dəyərsizləşməsi nəticəsində Azərbaycan məhsullarının İran bazarında qiyməti bahalaşır. Məsələn, əgər əvvəllər 1 ABŞ dolları 420 min rial idisə və Azərbaycan tərəfdən 100 dollarlıq mal ixrac olunurdusa, bu, İran bazarında 42 milyon rial dəyərində idi. İndi dolların qiyməti 600 min rial təşkil edirsə, həmin məhsul artıq 60 milyon rial dəyərində görünür. Bu isə İran alıcıları üçün Azərbaycan mallarını əlçatmaz edir, onların alıcılıq qabiliyyətini azaldır və nəticədə Azərbaycan tərəfinin ixrac potensialını məhdudlaşdırır”.

İqtisdadçı ekspert vurğulayıb ki, rialın ucuzlaşması? həm də İran mallarını Azərbaycan bazarında rəqabətqabiliyyətli edir:

“İran istehsalı olan kənd təsərrüfatı məhsulları  xüsusilə, sitrus meyvələri, çay, tərəvəz, həmçinin tikinti materialları, tekstil və gündəlik tələbat malları daha ucuz qiymətlərlə Azərbaycana daxil ola bilər. Bu, sərhəd bölgələrindəki bazarlarda İran məhsullarının üstünlüyünü artıracaq və istehlakçıların seçimlərinə təsir edəcək. Lakin bu proses yerli istehsalçılar üçün müəyyən risklər doğurur, çünki ucuz İran malları daxili bazarda rəqabəti gücləndirir.

Astara, Masallı, Lənkəran, Lerik və Cəlilabad kimi rayonlarda əhali üçün qonşu ölkə ilə sərhəd ticarəti mühüm gəlir mənbəyidir. Dolların bahalaşması və rialın ucuzlaşması ikiqat nəticə yaradır. Azərbaycanlı iş adamları İrandan daha ucuz mal alıb yerli bazara çıxarmaqda maraqlı olur. Belə ki, öz məhsullarını İrana ixrac etməkdə çətinlik çəkirlər. Bu, xüsusən kənd təsərrüfatı ilə məşğul olan fermerlərin gəlirlərinə mənfi təsir göstərə bilər”.

Ekspert qeyd edir ki, inflyasiya dərinləşdikcə sərhəd ticarətində qeyri-sabitlik yaranır:

“Dolların rekord bahalaşması həm də İranda inflyasiya təzyiqini artırır. İnflyasiya dərinləşdikcə sərhəd ticarətində qeyri-sabitlik yaranır. Azərbaycan üçün risklərdən biri də budur ki, İran tərəfi idxal imkanlarını məhdudlaşdırmaq və valyuta axınını azaltmaq üçün inzibati məhdudiyyətlər qoya bilər. Bu halda Azərbaycan sərhəd bölgələrinin iqtisadi fəallığı zəifləyə bilər. Əgər rialın ucuzlaşması davamlı xarakter alarsa, Azərbaycan üçün bir neçə nəticə ortaya çıxacaq. İdxalda İran mallarının üstünlüyü artacaq və daxili bazarda qiymət rəqabəti güclənəcək. Azərbaycan məhsullarının İran bazarına çıxışı məhdudlaşacaq, ixrac azaldıqca sərhəd bölgələrində istehsalçılar gəlir itkisi ilə üzləşəcəklər. Nəticədə ticarət balansı İran xeyrinə dəyişə bilər və bu, Azərbaycan üçün müəyyən iqtisadi asılılıq riskləri doğuracaq.

Dolların məzənnəsinin İranda rekord həddə bahalaşması Azərbaycanla sərhəd ticarətinə ikili təsir göstərir: qısamüddətli dövrdə İran məhsullarının Azərbaycana axını artacaq, lakin uzunmüddətli dövrdə Azərbaycan ixracatçıları üçün bazar daralacaq. Bu proses həm də regionların iqtisadi sabitliyi baxımından mühüm risklər yaradır”.

Günel Həsənova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri