Icma.az
close
up
RU
“Uşaq sayı azalır, gələcək risk altındadır” Demoqrafik tənəzzül təhlükəsi varmı?

“Uşaq sayı azalır, gələcək risk altındadır” Demoqrafik tənəzzül təhlükəsi varmı?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda əhalinin ümumi sayı artsa da, uşaqların sayında azalma, əvəzində yaşlı insanların sayında artım müşahidə edilir. 


Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev açıqlama verib.

Onun statistik məlumatlara istinadən apardığı araşdırmaya əsasən, ölkədə əhalinin yaş strukturu dəyişir, cavanlaşma yox, əksinə, qocalma müşahidə olunur. 


Ekspert bildirib ki, statistik göstəricilər uşaq sayının azaldığını açıq şəkildə ortaya qoyur:

"1990-cı ildə 0-17 yaşlı uşaqlar ölkə əhalisinin 38,5 faizini təşkil edirdisə, 2023-cü ildə bu göstərici 25,9 faizə enib. Bu isə o deməkdir ki, əvvəllər hər 3 nəfərdən biri uşaq idisə, hazırda hər 4 nəfərdən biri uşaqdır".


S.Əliyev qeyd edib ki, söhbət yalnız faiz nisbətindən getmir, uşaqların ümumi sayında da azalma müşahidə olunur:

"1990-cı ildə ölkədə 0-17 yaşlı uşaqların sayı 2 milyon 781 min nəfər idisə, 2023-cü ildə bu rəqəm 2 milyon 633 min nəfərə düşüb. Yəni, azalma 5,3 faiz təşkil edib. Ən çox azalma qız uşaqları arasında qeydə alınıb – qız uşaqlarının sayı 9 faiz, oğlan uşaqlarının sayı isə 1,8 faiz azalıb".


Mütəxəssisin sözlərinə görə, bu vəziyyətin əsas səbəbi nəsilvermə (fertillik) əmsalının aşağı düşməsidir:

"1990-cı ildə bu əmsal 2,8 olduğu halda, hazırda 1,6 səviyyəsindədir. Halbuki ötən əsrin 60-cı illərində bu göstərici 5,2 – 5,5 civarında olub".


Qeyd edək ki, ümumi nəsilvermə əmsalı, reproduktiv yaş dövründə (15–49 yaş) bir qadının orta hesabla neçə uşaq dünyaya gətirə biləcəyini göstərir. Bu əmsalın 2,1-dən aşağı olması isə əhalinin təbii artımını təmin etmir və uzunmüddətli perspektivdə demoqrafik tənəzzülə səbəb olur.


S.Əliyev bildirib ki, bu təhlükəli tendensiya gələcəkdə əmək bazarında işçi qüvvəsinin çatışmazlığına, pensiya təminatında çətinliklərə və sosial yükün artmasına səbəb ola bilər. O, problemin vaxtında aradan qaldırılması üçün doğumun stimullaşdırılması və ailə institutunun gücləndirilməsi istiqamətində ciddi dövlət siyasətinə ehtiyac olduğunu vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri