Icma.az
close
up
RU
Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik

Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hazırkı  40 milyon manatlıq istiqraz emissiyasını ilk böyük addım kimi qiymətləndiririk. Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik. Məqsədimiz kapital bazarında iştirakımızı davamlı olaraq genişləndirməkdir. İnanıram ki, Azərbaycanın kapital bazarı daha da inkişaf edəcək və biz Bank of Baku olaraq bu inkişafın önəmli iştirakçılarından biri olacağıq.".

Marja xəbər verir ki, bunu Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev bildirib.

Qeyd edək ki, Bank of Baku kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyasına start verib. Emissiya çərçivəsində hər biri 100 AZN nominal dəyərində 400.000 ədəd istiqraz buraxılıb.Tədavül müddəti isə 18 aydır. İlk 20 milyon manatlıq tranş üzrə illik faiz dərəcəsi 13 % təşkil edir. Faiz ödənişləri rüblük qaydada həyata keçiriləcək.

Həsən Quliyev bildirirb ki, Bank of Baku-nun kapital bazarında 40 milyon manatlıq istiqraz emissiyası, ilk növbədə, ölkə iqtisadiyyatının və kapital bazarının inkişafına töhfə vermək və Bankımızın dayanıqlı inkişaf strategiyasının bir hissəsi olaraq maliyyə resurslarını şaxələndirmək məqsədi daşıyır. Müştərilərimizə yeni investisiya məhsulu təqdim etmək, sərfəli və etibarlı gəlir yolları yaratmaq, investorlara yerli kapital bazarında alternativlər təmin etmək də məqsədlər arasındadır.

Bank of Baku-nun İdarə Heyətinin sədri qeyd edib ki, istiqrazları həm fiziki, həm də institusional investorlar üçün nəzərdə tutulub və dövriyyədə rahat şəkildə alınıb-satılacaq: "Bank of Baku-nun illərlə formalaşmış etibarlı reputasiyası bu emissiyanı daha da cəlbedici edir. İkinci mühüm fərq sabit gəlirlilikdir – faiz dərəcəsi investorlar üçün stabil və rəqabətədavamlı gəlir imkanı yaradır. Digər mühüm xüsusiyyət isə şəffaflıq və əlçatanlıqdır – emissiya açıq qaydalarla həyata keçirilir, rəqəmsal platforma üzərindən çox rahatlıqla əldə oluna bilir".

Həsən Quliyev "Həm fiziki şəxslər, həm hüquqi şəxslər, həm də peşəkar investorlar üçün əlverişlidir. Fiziki şəxslər üçün bu məhsul depozitlərə əlavə olaraq daha yüksək gəlir mənbəyidir. Hüquqi şəxslər üçün isə gəlir mənbələrinin diversifikasiyası və risklərin balanslaşdırılması baxımından faydalıdır. Əlavə olaraq, fiziki şəxslərin əldə etdiyi gəlirlər vergidən azaddır", - deyə əlavə edib.

İstiqrazların satışı rəqəmsal olaraq aparılır,  “ABB Mobile” tətbiqi üzərindən sifariş vermək çox rahatdır: "Artıq bank filialına gəlməyə ehtiyac yoxdur – investor sadəcə bir neçə kliklə investisiya edə bilir. Bu, həm şəhərdə, həm də regionlarda yaşayan vətəndaşlar üçün eyni dərəcədə əlçatandır.

Bakı Fond Birjası və “ABB-Invest” bu prosesdə əsas tərəfdaşlarımız oldu. Onların dəstəyi sayəsində emissiya uğurla həyata keçirildi. Bu əməkdaşlıq kapital bazarında şəffaflıq və etibarlılığın təminatıdır",- Həsən Quliyev yekunlaşdırıb.

© BBN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see294

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see227

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see201

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see196

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see190

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see179

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see171

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see147

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri