Icma.az
close
up
RU
“Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb FOTOLAR

“Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirələr aparılıb FOTOLAR

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində  “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” mövzusunda müzakirər aparılıb. ASCO-nun təşkilatçılığı ilə keçirilən müzakirələrdə nüfuzlu gəmiçilik, liman şirkətlərinin və təsnifat cəmiyyətlərinin rəhbər şəxsləri, eləcə də beynəlxalq dənizçilik sektorunun aparıcı mütəxəssisləri iştirak ediblər.
ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi ilə çıxış edərək, Azərbaycanın dünyanın ən böyük tədbiri sayılan COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu diqqətə çatdırıb.
Rauf Vəliyev çıxışında ASCO-nun dekorbanizasiya istiqamətində gördüyü işlər və strateji hədəfləri barədə məlumat verib. Sədr vurğulayıb ki, ASCO 2012-ci illə müqayisədə emissiyaların 20% azaldılmasına nail olub. Bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfinin vaxtından əvvəl yerinə yetiriməsi deməkdir: “Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz IMO-nun 2050-ci ilədək sıfır emissiya hədəfinə nail olmaqdır və biz bunun üçün dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk.”
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov çıxışında dekarbonizasiyaya dair görülən işlər haqqında danışıb və bu sahədə əməkdaşlıqların vacibliyinə toxunub. O qeyd edib ki, biz bütün partnyorlarımızla, həmçinin ASCO ilə birgə yaşıl dənizçilik istiqamətində səylə çalışır və inanıram ki, sıfır emissiya hədəfinə birlikdə çatacağıq.
ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli şirkətin emissiyaların azaldılması strategiyası barədə geniş təqdimatla çıxış edib. O, 2050-ci ilədək sıfır emissiya hədəfinə çatmaq üçün şirkətin mərhələlər üzrə görəcəyi işlər barədə məlumat verib.
“Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin təsisçisi və sədri Evangelos Marinakis də çıxışında şirkətinin yaşıl enerjiyə keçid prosesinə yanaşması, ikiyanacaqlı mühərrik texnologiyası və enerjiyə qənaət məqsədilə tətbiq etdiyi digər innovativ həllərlə bağlı təcrübəsini bölüşüb.
“DP World” şirkət qrupunun üzvü “P&O Maritime Logistics”in Baş icraçı direktoru Narayana Prasad Narumanchi Venkata Lakshmi “Dekarbonizasiya strategiyaları: 1, 2 və 3-cü sahə emissiyalarının aradan qaldırılması” mövzusunda təqdimatında dekarbonizasiyanın məqsədləri barədə ətraflı məlumat verib. O, bununla bağlı beynəlxalq gəmiçilikdə, o cümlədən təmsil etdiyi şirkətdə tətbiq olunan yanaşma və təcrübələr barədə bir sıra nümunələr gətirib.
Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) Avropa bölməsinin Biznesin inkişafı üzrə vitse-prezidenti Ezekial Davis çıxışında bildirib ki, gəmiçilik sənayesində dekarbonizasiya tədbirləri daha dərin, təməl dəyişikliyi əhatə edir: “Mənim üçün gəmiçiliyin karbonsuzlaşdırılmasının əsl həlli üç vacib elementdən - məlumatlılıq, əməkdaşlıq və insan faktorundan asılıdır. Çətinliklərimiz ciddi olsa da, bu fundamental elementlər bizə düzgün istiqamət verir. Biz məqsədə nail olmaq üçün ASCO kimi tərəfdaşlarla birlikdə işləyir, sənayemizin dəyişməsinə töhfə veririk.”
QTAGG-ın Baş kommersiya direktoru Per Österberq “Yeni dekarbonizasiya texnologiyaları: EcoPilot” mövzusunda çıxış edib. Per Österberq ASCO-nun öz gəmilərində “EcoPilot” sistemini quraşdırmasından da danışaraq, bunu  innovativ və yaşıl texnologiyalara keçid istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirib.
Qeyd edək ki,  “EcoPilot” gəminin yanacaq sərfiyyatının azaldılmasında və karbon emissiyalarını minimuma endirilməsində vacib texnoloji avadanlıqlardandır. Bu sistem gəminin hərəkət trayektoriyasını, sürətini və mühərrikin işini optimallaşdırmaqla, ekoloji cəhətdən səmərəli naviqasiyanı təmin edir.
Tədbirdə  ASCO-nun COP29 çərçivəsində hazırladığı video nümayiş etdirilib. Videoda dəniz nəqliyyatında emissiyaların azaldılmasına nail olmaq məqsədilə qurumun atdığı addımlar, eyni zamanda gələcək planları əks olunub.
Sonda  ASCO-nun 165 illik tarixindən bəhs edən “Zamanla eyni dalğada” kitab-fotoalbomu da təqdim edilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab qonaqlara hədiyyə olunub.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2072

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see255

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see220

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see176

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see137

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri