Icma.az
close
up
RU
Gələcəyə yatırım: Təqaüdlərin artırılması təhsilin bütün pillələrində oxumağa marağı artıracaq RƏY

Gələcəyə yatırım: Təqaüdlərin artırılması təhsilin bütün pillələrində oxumağa marağı artıracaq RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:


Doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;


Ali təhsil müəssisələrində:

Magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

Orta ixtisas təhsili müəssisələrində:

- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;

- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

Peşə təhsili müəssisələrində:

- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri (THiA) , təhsil ekperti Əmrah Həsənli “Sherg.az”a deyib ki, tələbələrə verilən təqaüdlərin artırılması olduqca əhəmiyyətli və strateji bir addımdır:


“Bu qərar, dövlətin təhsilə, elmi inkişaf prosesinə və gənclərin sosial rifahına göstərdiyi davamlı diqqətin növbəti təsdiqidir. Tələbələrin akademik göstəricilərinə əsaslanan diferensial təqaüdlərin müəyyən edilməsi onların motivasiyasının artırılmasına, təhsilə məsuliyyətli yanaşmalarına və uğurlu nəticələr əldə etmələrinə ciddi təsir göstərəcək. Ümumilikdə, bu artım ölkənin bilikli, bacarıqlı və müasir tələblərə cavab verən insan kapitalının formalaşmasında mühüm rol oynayacaq. Xüsusilə doktorantura səviyyəsində təhsil alan gənclər üçün nəzərdə tutulan 300 və 450 manatlıq təqaüdlər elmi fəaliyyətlə məşğul olan gənc tədqiqatçılar üçün mühüm stimul olacaq. Elmin inkişafı üçün müasir dövrdə gənclərin elmə yönləndirilməsi və elmi-tədqiqatla sistemli şəkildə məşğul olmaları olduqca vacibdir. Dövlətin elmi sahəyə bu şəkildə dəstək verməsi, gənclərin elmi perspektivlərə olan inamını gücləndirəcək və Azərbaycanda innovasiya əsaslı inkişaf modelinin möhkəmlənməsinə töhfə verəcək”. 


Təhsil ekspertinin sözlərinə görə, tələbələr üçün nəzərdə tutulan yeni təqaüd məbləğləri həm fərdi təşəbbüsün güclənməsinə, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq:

“Həmçinin akademik göstəricilər əsasında təqaüdün verilməsi tələbələrin daha məsuliyyətli və planlı şəkildə oxumasına şərait yaradacaq. Bu, bir tərəfdən gəncləri daha güclü oxumağa həvəsləndirir, digər tərəfdən isə universitetlərin təhsil prosesinə və qiymətləndirmə sisteminə obyektivlik qazandırır. Eyni zamanda, ali təhsil səviyyəsində təqaüdlərin artırılması valideynlərin də üzərindəki maddi yükün nisbətən azalmasına, ailələrin təhsilə daha rahat dəstək verməsinə şərait yaradır. Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün də təqaüdlərin artırılması mühüm əhəmiyyət kəsb edir. Bu pillədə təhsil alanların bir qismi regionlarda yaşayan və tezliklə əmək bazarına qoşulmaq istəyən gənclərdir. Onların maddi baxımdan təşviq olunması həm bu təhsil formasının nüfuzunu artırır, həm də regionlarda peşəkar mütəxəssislərin formalaşmasına zəmin yaradır. Bu sahəyə göstərilən diqqət, təhsil sistemində balansın qorunması və müxtəlif bacarıqlara malik insan resurslarının hazırlanması baxımından çox mühüm addımdır.

Eyni zamanda, peşə təhsili müəssisələrində təhsil alan şagirdlər üçün təqaüdlərin artırılması, bu sahənin cəlbediciliyini daha da gücləndirəcək. Peşə təhsili, ölkənin real əmək bazarının tələblərinə uyğun kadrlara olan ehtiyacını qarşılayan strateji bir sahədir. Bu baxımdan tələbələrin bu sahəyə yönləndirilməsi, onların bu yolda stimullaşdırılması həm fərdi uğurlarına, həm də ümumən ölkənin iqtisadi inkişafına töhfə verəcək. “3”, “4” və “5” qiymətlərə görə diferensial şəkildə təqaüd verilməsi isə təhsilalanlar arasında rəqabət mühitini formalaşdıracaq və çalışqanlığın artmasına səbəb olacaq”. 


Əmrah Həsənli qeyd edib ki, bu sərəncam Prezidentin gənclərə və təhsil prosesinə verdiyi dəyərin növbəti ifadəsidir:

“Dövlət başçısının təhsil alan gənclərin yanında olması, onların gələcəyinə sərmayə qoyması yalnız maddi deyil, eyni zamanda mənəvi gücləndirmə vasitəsidir. Bu qərar gənclərdə “əgər oxuyursansa, dövlət səni görür və dəyərləndirir” düşüncəsini formalaşdırır. Beləliklə, təqaüdlərin artırılması təhsilin bütün pillələrində oxumağa marağı artıracaq, keyfiyyəti yüksəldəcək və Azərbaycanın gələcəyi üçün daha hazırlıqlı, bilikli və dövlətə bağlı gənclərin yetişməsinə zəmin yaradacaq”. 

Kəmalə Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri