“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Care Groupun təşkilatçılığı, PAŞA Bankın maliyyə dəstəyi ilə “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) layihəsinə start verilib.
XQ-yə Sosial Xidmətlər Agentliyindən məlumat verilən məlumata görə, layihə Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaş arası 40 gənci əhatə edir.
Məqsəd valideyn himayəsindən məhrum olmuş gənclərin əmək bazarına hazırlığını artırmaq, həmçinin onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək verməkdir.
Yekun mərhələdə hər bir iştirakçının təlim nəticələri, bacarıqları, maraq dairəsi və inkişaf potensialı nəzərə alınaraq fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq və potensial məşğulluq imkanları qiymətləndiriləcək.
Baxış sayı:175
Bu xəbər 20 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















