Icma.az
close
up
RU
İsrail İran müharibəsi, qeyb olan qırmızı cizgi lər və Zəngəzur dəhlizi

İsrail İran müharibəsi, qeyb olan qırmızı cizgi lər və Zəngəzur dəhlizi

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rüstəm Qaraxanlı yazır...

İsrail-İran müharibəsinin nəticələrindən asılı olmayaraq bütün regional təhlükəsizlik arxitekturasına və qüvvələr konfiqurasiyasına təsir edəcəyi şübhəsizdir. İranın hazırkı quruluşunun müharibədən sonra yeni bir siyasi sistemə transformasiya olunacağı artıq indidən bəllidir. Tehranın nüvə proqramını hədəfləyən "Oyanan şir"in şikarının hərbi qüdrətini sarsıltmaqla qane olmayacağı aydın görünür. İsrail rəsmiləri ən yüksək səviyyədə hədəfdə İrandakı siyasi rejimin olduğunu bəyan edirlər. Bu isə o deməkdir ki, ötən əsrin 80-ci illərindən etibarən formalaşan regional qüvvələr balansında köklü dəyişikliklər olacaq.

Hətta baş verə biləcək möcüzə halında - İrandakı klerikal siyasi-dini hakimiyyət formatının mövcudluğunu qoruyub saxlaması ssenarisində belə, hərçənd ki, bu, artıq mümkünsüz görünür, - Tehranın bölgədə və daha geniş arealda hadisələrə təsir və dövlətlərin daxili işlərinə müdaxilə etmək taqətinin qalmayacağı indidən görünür. Dövlətin demək olar, bütün hərbi və təhlükəsizlik elitası sıradan çıxarılıb. Səhər yüksəkrütbəli hərbi vəzifəyə təyin olunan şəxs axşam İsraildən gələn uzaqmənzilli raket, zərbə dronu və ya İranın "ciyərlərinə qədər" yoluxmuş kəşfiyyatın gizli əməliyyatının qurbanı olur. Bu müharibə İrandakı dini rejimin illər boyu yetişdirdiyi kadr potensialının tamamilə sıradan çıxarılması ilə də yadda qalacaq.

İsrail-İran müharibəsindən sonra formalaşacaq yeni geosiyasi reallığın təsirsiz ötüşməyəcəyi faktorlardan biri də Zəngəzur dəhlizi olacaq. İkinci Qarabağ savaşından sonra İranın regional hikkəsi və geosiyasi höcətliyinin qurbanına çevrilmiş, qlobal logistika prosesinin tərkib hissəsi olan bu layihə Tehranın fərz etdiyi "qorxu"lar səbəbindən heç cür reallaşa bilmirdi. 4 ildir biz İranın unikal dirənişindən doğan qəliz situasiyanın şahidiyik: Ukraynadakı müharibə səbəbindən transmilli marşrutların yenidən format olunması fonunda qlobal ticarətin Cənubi Qafqazdan keçən Orta dəhlizə möhtac qaldığı halda, bir tək İran bu qarşısıalınmaz axına zidd gedərək cəmi bir neçə kilometrlik nəqliyyat infrastrukturunun bərqərar olmasına əngəl yaradır. Zəngəzur dəhlizinin tək Azərbaycana, hətta bütün dünyaya deyil, Ermənistanın özünə də iqtisadi fayda gətirəcəyini İrəvandakıların belə anladıqları reallıqda Tehranın islaholunmaz höcətliyinin arqumentli izahı yoxdur.

Zəngəzur dəhlizini özünün "qırmız cizgilər"i elan edən İranın bu mənasız və məntiqsiz müqavimətinin qaynaqlandığı səbəblər də qeyri-ciddi görünür: bu yol çəkilərsə, İranın şimalla - Rusiya və Avropa ilə əlaqəsi kəsiləcək. Deməli, layihə İranın milli maraqlarına qarşı yönəlib və təhlükəsizliyinə təhdiddir. Bir yolun İran boyda köklü (əslində müharibə göstərir ki, köksüz - müəll.) dövlətin milli təhlükəsizliyinə necə təhdid olması həqiqətən də qəribə və gülünc səslənir. İrandan Ermənistan vasitəsilə şimala doğru uzanan bir trasın üzərindən körpü və ya altından bir tunel vasitəsilə keçəcək digər yolun milli maraqları necə təhlükə altına salacağını dünən İsrailin dəqiq zərbəsi ilə vurulan İran XİN-nin binasında oturan xarici siyasət mütəxəssislərindən başqa heç kim bilmir.

Hər şey əslində, gün kimi aydındır: Zəngəzur dəhlizi transmilli logistik marşrutun qollarından biri olmaqla yanaşı, həm də Türkiyə və Azərbaycanı birləşdirəcək böyük türk dünyası coğrafiyasında bir körpü rolunu oynayacaq. Tehrandakıları narahat edən də elə budur. O həddə ki, sadəcə bir ticarət marşrutuna "bölgədəki sərhədlərin dəyişilməsi" təhlükəsi donunu geyindirməkdən belə usanmırdılar.

Son dörd ildə İran təki bu layihə baş tutmasın deyə hansı əməllərə əl atmamışdı? Diplomatlar üçün "Oscar" mükafatı təsis edilərsə, onun ilk nominantı və qalibinin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin ola biləcəyi şübhəsizdir. İran səfirinin misilsiz çabaları ilə bu illərdə sərhədindən cəmi bir neçə kilometr məsafədə - qədim türk torpağı olan Qafanda konsulluq təsis etməyə belə ərinmədi. Halbuki bunun nə bir siyasi, nə diplomatik, nə də coğrafi əsası var idi. İranda asqıranda, Qafanda maska taxırlar ki, qripə yoluxmasınlar...

İranın şimala doğru bütün ticarət və yük yolları Şimal-Cənub dəhlizi vasitəsilə Ermənistan deyil, Azərbaycandan keçir. İllərlə bu infrastrukturun keçid gücünün artırılmasına Rusiya, Azərbaycan və İranın özü tərəfindən milyonlarla dollar yatırılır. Ermənistanın İranın şərti şimalla əlaqəsini təmin edən tranzit təyinatlı infrastrukturu isə nəinki yoxdur, onun yaxın illərdə belə ərsəyə gəlməsi üçün nə maliyyə, nə də siyasi əsas var. Üstəlik, İranın Zəngəzur dəhlizinə qarşı çıxıb öz ərazisindən "Araz dəhlizi" adını almış analoji yolun çəkilişinə razılıq verməsi də qeyri-normal görünür. Necə olur ki, bu dəhliz Tehranın şimala uzanan yollarını bağlamır, amma Zəngəzur dəhlizi bağlayacaq?

İsrailin İranı gözlənilən məğlubiyyətə uğradacağının Zəngəzur dəhlizinin də reallaşması yolunu açacağı şübhə doğurmur. Özü də tək İranın layihəyə müqavimət göstərməyə taqətinin qalmayacağı baxımından deyil. Zəngəzur dəhlizinin Ermənistanın dünyaya bağlanmaq üçün nəfəslik roluna malik olacağına görə. İsraillə İran arasında başlanan müharibənin elə ilk günündə ermənilərin dərin düşünmək qabiliyyətinə malik azsaylı siyasət adamları dünyaya çıxışları üçün yeganə istiqamət kimi Gürcüstanın qaldığını yazmağa başladılar. Gürcüstan özünün Qara dəniz limanları ilə Ermənistanın Avropa ilə ticarət əməliyyatlarını təmin edir. Ancaq İrəvanın ticarət dövriyyəsinin əhəmiyyətli qismi olan Rusiya ilə əlaqə yenə də qış aylarında keçilməz olan Roksk tunelinə möhtac qalır. Odur ki, müharibə bitər-bitməz İrəvandakıların özlərinin iməkləyə-iməkləyə Zəngəzurdan keçəcək bir neçə kilometrlik yolun açılışı üçün yalvaracaqları gün çox da uzaqda deyil. Bunun hətta ayın 20-də Paşinyanın Türkiyəyə səfəri zamanı baş verəcəyi də istisna olunmur. Nə İranı vecinə alan olacaq, nə də onun "qırmızı cizgilər"ini. Ələlxüsus da sahiblərini əlcək kimi dəyişməyə adətkar olan ermənilərin. İndi İranın nəinki qırmızı, ümumiyyətlə, heç bir cizgisi qalmayıb. İsrail qırıcıları oradan girib-buradan çıxır, raketlər İran məmurlarını evlərinin yataq otaqlarında haqlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri